Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıq genişləndirilir

İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq əməkdaşlıq genişləndirilir

30.06.2026 [11:59]

Xarici İşlər Nazirliyinin tövsiyəsi əsasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının nümayəndə heyəti 2025-ci ilin aprel ayında Bosniya və Herseqovinaya səfər edib. Bu səfərin məqsədi Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu ilə itkin düşmüş şəxslər sahəsində ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən etmək və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində beynəlxalq təcrübəni öyrənmək olub. Bu təcrübə axtarış, qazıntı və ekshumasiya işləri üçün faydalı hesab olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakıda “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təqdim olunan Dövlət Komissiyasının fəaliyyətinə dair təqdimatda bildirilib.

Qeyd edilib ki, bu prosesin nəticəsi olaraq, 2025-ci il oktyabrın 5-də Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu ilə Dövlət Komissiyası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Eyni zamanda, diqqətə çatdırılıb ki, itkin düşmüş şəxslərlə bağlı təcrübə və ekspertiza mübadiləsini təşviq etmək məqsədilə Ukraynanın müvafiq dövlət qurumları ilə əməkdaşlıq memorandumunun hazırlanması və imzalanması planlaşdırılır. Bu məsələ ilə bağlı ilkin müzakirələr ötən il dekabrın 10-da Kiyevdə, Beynəlxalq İnsan Hüquqları Konfransında iştirak zamanı aparılıb.

Paylaş:
Baxılıb: 64 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Bu dəfə Dohada...

30 İyun 09:16  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30