Heydər Əliyev Fondunun Dmanisidəki kompyuter təhsil mərkəzində 120-dən çox uşaq məşğələ keçir
13.02.2014 [09:29]
Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi rayon mərkəzindəki Heydər Əliyev Fondunun kompyuter təhsil mərkəzi Fond rəhbərliyinin təşəbbüsü ilə 6 il bundan əvvəl təşkil olunub. Burada uşaqlar gürcü və ingilis dillərini öyrənir, həmçinin kompyuter kursları keçirlər.
Mərkəzin direktoru Diana Qaralova AzərTAc-a müsahibəsində bildirib ki, Ulu öndərin ideyalarının, arzu və istəklərinin ardıcıl və məqsədyönlü şəkildə reallaşdırılması istiqamətində çox böyük layihələr həyata keçirən Heydər Əliyev Fondu xaricdə yaşayan soydaşlarımızın durumunun yaxşılaşdırılması, təhsilin inkişafı və digər sahələrdə önəmli işlər görür.
Diana Qaralova Gürcüstan azərbaycanlılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun təsis olunmasından keçən müddətdə həyata keçirdiyi xeyirxahlıq işlərini saymaqla qurtarmaq olmaz. Bizim mərkəz məhz həmin nümunələrdən biridir. Burada təşkil olunan məşğələlərə Dmanisi şəhərindən və rayonun ayrı-ayrı kəndlərindən 120 nəfərdən çox uşaq cəlb olunub. Gürcü dilini öyrənən qrupda əsasən azərbaycanlı, ingilis dili qrupunda isə kompyuter kursunda olduğu kimi, həm azərbaycanlı, həm də gürcü uşaqlarına məşğələlər keçilir. Uşaqlara “SOCAR Corcia petroleum” şirkətinin hədiyyə etdiyi avtobus xidmət göstərir.
Diana Qaralova diqqətə çatdırıb ki, mərkəzin fəaliyyət göstərdiyi müddətdə 300 nəfərədək dinləyici sertifikat alıb. Sertifikat almış azərbaycanlılardan təxminən 10 nəfəri Gürcüstanın ali məktəblərinə qəbul olunub. O, kursların birillik olduğunu bildirib.
Mərkəzin direktor müavini Tamar Tetradze, dinləyicilərdən Roman Mahmudov, Məryəm Aslanişvili və başqaları xeyirxahlığa və belə bir şəraitin yaradılmasına görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37

