“Azərsu” ASC-də daha bir layihə yekunlaşıb
20.02.2014 [09:08]
İstanbulda keçirilmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 160 mütəxəssisə sertifikatlar verilib
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində (ASC) kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş növbəti layihə yekunlaşıb. Türkiyənin “TeknoYapı” şirkəti ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə İstanbul şəhərində keçirilmiş təlim kurslarını müvəffəqiyyətlə başa vurmuş 160 mütəxəssisə sertifikatlar verilib.
Bununla əlaqədar olaraq dünən keçirilən tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet məqsədlərindən olduğunu xatırladaraq Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Q.Hüseynov ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verən Q.Hüseynov ötən il müxtəlif sahələri əhatə etməklə 54 təlim kursunun keçirildiyini xatırladıb. Bu təlimlərdə “Azərsu” ASC-nin 1102 əməkdaşı iştirak edib və mütəxəssislər həm yerli, həm də Türkiyə, Avstriya, Yaponiya, Koreya Respublikası, Filippin və Sinqapurda keçirilmiş təlimlərin iştirakçısı olublar.
Ötən il “Azərsu” ASC-nin 160 gənc mütəxəssisi Türkiyə Su İnstitutu, İstanbul şəhər Sukanal İdarəsi və digər təşkilatlarda təlimlərdə iştirak ediblər. Türkiyəyə ezam olunmuş mütəxəssislər təlimləri uğurla başa vurub və müvafiq sertifikatlara layiq görülüblər: “Təlimlər Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilib və istehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin incəlikləri əyani şəkildə izah edilib. İstanbul şəhər Sukanal İdarəsi, Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərib. Əgər 2012-ci ildə Türkiyədə keçirilmiş təlimlərdə 80 gənc mütəxəssis iştirak etmişdisə ötən il qarşılıqlı razılıq əsasında təlimlərin sayı artırıldı və 160 mütəxəssis Türkiyəyə ezam olundu. Qaydalara uyğun olaraq təlimdən əvvəl və sonra gənc mütəxəssislərin bilik səviyyələri qiymətləndirilir. Bu dəfə də imtahanların nəticələri təlimlərin böyük fayda verdiyini üzə çıxardı. Təlimlər təcrübə mübadiləsi və karyera yüksəlişi baxımından da əhəmiyyətli olmuşdur. Belə ki, qazanılmış təcrübə, səmərəli fəaliyyət və digər amillər nəzərə alınaraq ötənilki təlimlərdə iştirak etmiş əməkdaşlardan bəziləri şöbə rəisi, sahə rəisi və növbə rəisi vəzifələrinə irəli çəkiliblər. Bununla yanaşı, təlim kurslarında iştirak edənlər qazandıqları bilik və təcrübələri həmkarları ilə bölüşməklə ümumi işə öz töhfələrini verirlər”.
“Azərsu” ASC-nin sədri qeyd edib ki, su təchizatı və kanalizasiya sektorunda yeni texnologiyaların tətbiqi əsas götürülərək gənc mütəxəssislərimizin xarici ölkələrə təcrübə kurslarına göndərilməsi gələcəkdə də davam etdiriləcək.
Tədbirdə iştirak edən Türkiyə Su İnstitutunun sədri Ahmet Saatçı təlimlərdə iştirak etmiş azərbaycanlı mütəxəssislərin bilik və təcrübə səviyyəsindən razı qaldığını bildirərək “Gənc olmalarına baxmayaraq, iştirakçıların təlim prosesində yeni texnologiyalar və qabaqcıl təcrübələrin öyrənilməsinə böyük həvəs və maraq göstərdiklərinin şahidi olduq. Ümid edirəm ki, iştirakçılar təlimlərdə qazandıqları təcrübəni gələcək fəaliyyətlərində uğurla tətbiq edəcəklər” deyib.
Türkiyənin “TeknoYapı” şirkətinin idarə heyətinin üzvü Həsən Sarıkaya təlimlərin yüksək səviyyədə təşkil olunması üçün bütün imkanlardan istifadə olunduğunu bildirib: “Tədris prosesində “Azərsu” ASC-nin əməkdaşlarının böyük marağının şahidi olduq”.
Təlimlərdə iştirak etmiş Azər Fərzəliyev, Sənginur Quliyeva, Samir İlyasov tədris prosesində qazandıqları bilik və təcrübəni gələcək fəaliyyətlərində tətbiq edəcəklərini bildiriblər.
Tədbirin sonunda təlimlərdə iştirak etmiş gənc mütəxəssislərə sertifikatlar təqdim olunub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

