Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı Binəqədi rayonunda silsilə tədbirlər keçirilib
27.02.2014 [09:04]
Xocalı soyqırımının 22-ci il ildönümü ilə bağlı Binəqədi rayonunda silsilə tədbirlər keçirilib. Belə tədbirlərdən biri rayonun 135 saylı tam orta məktəbdə baş tutub. Tədbir çərçivəsində öncə, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin təşkil etdiyi XX əsrin əvvəllərindən etibarən, erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı törətdiyi qırğın və qətliamları, o cümlədən, Xocalı həqiqətlərini əks etdirən fotosərgiyə, eləcə də, Binəqədi rayon İcra Hakimiyyəti ilə rayonun Gənclər və İdman İdarəsinin “Xocalı Qan Yaddaşımız” mövzusunda rayon məktəbliləri arasında keçirdiyi rəsm müsabiqəsi iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış olub. Sonra məktəbin akt zalında Binəqədi rayon Mədəniyyət Evinin təşkil etdiyi və şagirdlərin ifasında təqdim olunan bədii kompozisiya nümayiş etdirilib.
Anım tədbirində çıxış edən Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva Xocalı faciəsinin milli mənsubiyyətinə görə bir topluma qarşı törədilmiş soyqırımı olduğunu bildirib. Vurğulanıb ki, bu gün Azərbaycanın müstəqil, suveren dövlət kimi regional və beynəlxalq miqyasda böyük uğurlara imza ataraq tərəqqi edən ölkələr sırasında yer alması belə qəsdlərin xalqımızın əzmini qıra bilmədiyinin göstəricisidir.
Daha sonra Xocalı soyqırımının canlı şahidi, erməni vəhşiliyini öz gözləri ilə görmüş Sahil Həsənov insanlıq əleyhinə yönəlmiş bu cinayət barədə acı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.
Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlının çıxışından sonra tədbir Binəqədi rayon Gənclər və İdman İdarəsinin keçirdiyi rəsm və inşa müsabiqələrinin qaliblərinin fəxri fərmanlarla təltif olunması ilə yekunlaşıb.
Bundan başqa, Binəqədi rayonu Biləcəri qəsəbəsi Dəmiryolçuların Mədəniyyət Evində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ifasında tanınmış yazıçı, millət vəkili Hüseynbala Mirələmovun Xocalı soyqırımına həsr olunmuş “Xəcalət” pyesi əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş etdirilib. Tamaşa Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə hazırlanıb.
Eyni zamanda, Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən Goradil bağlar massivində yerləşən 2 saylı Evtikmə Kombinatının istirahət zonasında məskunlaşmış Xocalıdan olan sakinlərlə görüş keçirilib. Görüş zamanı Xocalı soyqırımında şəhid olmuş insanların ailələrinə Binəqədi rayon İcra Hakimiyyəti başçısının adından başsağlığı verilib. Xocalıdan olan məcburi köçkünlər mütəmadi olaraq dövlət qayğısı ilə əhatə olunduqlarını qeyd edib, onlara göstərinən diqqət və qayğıya, maddi və mənəvi dəstəyə görə dövlət başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Sonda rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan 150 şəhid və aztəminatlı ailəyə maddi və humanitar yardım göstərilib.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

