/ / “ADA” Universitetində təşkil olunan karyera yarmarkası məzunların gələcək fəaliyyətində mühüm rol oynayacaq
“ADA” Universitetində təşkil olunan karyera yarmarkası məzunların gələcək fəaliyyətində mühüm rol oynayacaq
28.02.2014 [09:20]
Fevralın 27-də “ADA” Universitetində bu ali məktəbin Karyera Hazırlıq Mərkəzinin təşkilatçılığı, “Azersun Holding” şirkətlər qrupunun dəstəyi ilə keçirilən “İstedad və karyeralar arasında körpü yaradılması” mövzusunda ikinci karyera həftəsi çərçivəsində karyera yarmarkası təşkil olunub.
AzərTAc xəbər verir ki, yarmarkada dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən şirkət və təşkilatlar iştirak ediblər.
Karyera Hazırlıq Mərkəzinin rəhbəri Gülnur İsmayıl jurnalistlərə müsahibəsində bu cür yarmarkaların təşkilinin tələbələrin gələcək fəaliyyətlərində əhəmiyyətindən danışıb, “ADA” Universitetinin məzunlarının bir sıra dövlət orqanlarında, eləcə də diplomatik korpuslarda çalışdıqlarını və belə tədbirlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğulayıb.
Bildirilib ki, Karyera Hazırlıq Mərkəzinin məqsədi tələbələri əmək bazarı ilə tanış etmək və eyni zamanda onları gələcək peşə fəaliyyətinə hazırlamaqdır. Bu, “ADA” Universitetinin tarixində artıq ikinci karyera sərgisidir.
Gənclərin karyera qurmalarında və gələcək fəaliyyətində önəmli rol oynayan karyera yarmarkasında Azərbaycanda fəaliyyət göstərən müxtəlif sektorlardan 35 qurum və şirkət təmsil olunub. Bu il iştirakçıların sayı ötən ildəkindən çoxdur.
Karyera yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gəncləri işlə təmin etməyə kömək etmək məqsədi daşıyır.
Karyera yarmarkası sonuncu kurs bakalavr və magistratura tələbələri üçün təşkil olunub. Burada onlara əmək bazarında lazım olan bacarıqlar öyrədilib, həmçinin özlərinin karyera hədəflərini təyin etməyə kömək göstərilib.
İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri ilə söhbətlər və məsləhətləşmələr aparıblar. Bundan əlavə, tələbə gənclər Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya əldə etmək imkanı qazanıblar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12

