Yasamal rayonunda əhalinin tibbi-profilaktiki müayinəsi davam edir
01.03.2014 [11:38]
Yasamal rayonu Prezident İlham Əliyevin tapşırığına əsasən fevralın 17-dən ölkədə həyata keçirilən əhalinin dispanserləşdirilməsi aksiyasına qoşulub. Yasamal rayonunda M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi (eksperimental xəstəxana), 10 poliklinika və təqribən 15 ixtisaslaşdırılmış tibb müəssisəsi fəaliyyət göstərir.
AzərTAc xəbər verir ki, Yasamal rayon İcra Hakimiyyətində əhalinin tibbi-profilaktiki müayinəsinin təşkil edilməsi üçün müvafiq qurumların nümayəndələrindən ibarət komissiya yaradılıb, xüsusi cədvəllər tərtib edilib. Rayon sakinləri arasında təşkilati-maarifləndirmə işləri aparılıb.
Rayon İcra Hakimiyyətinin nümayəndəsi Zöhrab Cəfərov bildirib ki, aksiyanı yüksək səviyyədə keçirmək üçün 3, 16 və 19 nömrəli şəhər poliklinikalarında hər cür şərait yaradılıb. İdarə və təşkilatların əməkdaşlarının, habelə yataq xəstələrinin müayinəsi üçün həkim briqadaları təşkil edilib. Fevralın 17-dən bu günə kimi 21 mindən çox rayon sakini tibbi müayinədən keçib.
16 nömrəli poliklinikanın baş həkimi Rövşən Abbasov deyib ki, onun başçılıq etdiyi tibb müəssisəsi Dövlət Proqramına müvafiq olaraq 2012-ci ildə əsaslı təmir olunub və ən müasir tibbi avadanlıqla təchiz edilib. Fevralın 17-dən bu poliklinikada 6530 rayon sakini müayinə olunub, o cümlədən 1145 nəfər rentgen, 1099 nəfər laboratoriya, 305 nəfər ultrasəs, 278 nəfər elektrokardioqrafiya müayinələrindən keçib. R.Abbasov onu da bildirib ki, poliklinikada səyyar həkim briqadaları yaradılıb. Briqadalar cədvələ uyğun olaraq, təşkilat və müəssisələrdə, məktəblərdə müayinə aparır, evlərə gedib yaşlı adamlara və xəstələrə xidmət edirlər. Xəstəlik aşkarlandıqda müvafiq müalicə kursları təyin olunur.
Dövlətimizin başçısının bu nəcib təşəbbüsünü dərin minnətdarlıq hissi ilə qarşılayan rayon sakinləri poliklinika heyətinin işindən, burada yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.
İqtisad üzrə fəlsəfə doktoru Mirzəli Cəfərov müayinə olunduqdan sonra ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon sakinləri adından minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

