Azərbaycan Mətbuat Şurası Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
13.06.2014 [09:23]
Azərbaycan Mətbuat Şurası (MŞ) Şikayətlər üzrə Komissiyasının növbəti iclası olub. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiya 6 məsələni araşdıraraq müvafiq rəylər çıxarıb.
Öncə Lerik rayon Təhsil şöbəsinin “Azadlıq” qəzetinin 14 aprel 2014-cü il tarixli sayında dərc olunmuş “Deputatın qohumuna korrupsiya ittihamı” sərlövhəli yazı ilə bağlı müraciətinə baxılıb. Komissiya materialı araşdıraraq belə bir rəyə gəlib ki, materialda təhsil şöbəsinin məsələ ilə əlaqədar ətraflı mövqeyi yer almadığından oxucular və ictimaiyyət məsələnin təfərrüatları barədə dolğun, obyektiv məlumatlandırılmayıb. Qəzet rəhbərliyi buna şərait yaratmağa hazır olduğunu bildirib. Buna görə də, şikayətçi tərəfə belə mətnin hazırlanıb “Azadlıq” qəzetinə ünvanlanması tövsiyə olunub.
Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialının təmsilçisi iclasda məlumat verib ki, pia.az və azerinfo.org saytlarında bu ali təhsil ocağı barədə gedən qeyri-obyektiv yazılar Mətbuat Şurasının tövsiyələrindən sonra həmin kütləvi informasiya vasitələrindən götürülüb. Nümayəndə vurğulayıb ki, bununla belə, narazılıq doğuran məqalələrin izləyicilərdə yarada biləcəyi yanlış təəssüratın aradan qaldırılması üçün filialın mövqeyini işıqlandıran məktubunun da yayımlanması mühüm əhəmiyyət kəsb edərdi. Təklif bəyənilib və hər iki sayta məktubun təqdimatı tövsiyə olunub.
İclasda 3 KİV barədə toplanmış materialların Mətbuat Şurasının “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına göndərilməsi məqsədəmüvafiq sayılıb. Belə ki, “Azad Azərbaycan Respublikası” qəzetinin baş redaktoru Elmar Əliyevin Gəncə Musiqi Kolleci rəhbərliyinə məktubu nalayiq ifadələr, hədə və təhqirlərlə dolu olduğundan mətbu nəşrə MŞ-nin sonuncu xəbərdarlığının edilməsi, məsələnin ictimailəşdirilməsi, həmçinin, hüquqi müstəvidə dəyərləndirilməsi razılığına gəlinib.
Komissiyanın “IV hakimiyyətin səsi” qəzeti barədə rəyində isə göstərilib ki, mətbu nəşr əsasən Bakının Sabunçu rayonundakı, xüsusilə Kürdəxanı qəsəbəsindəki müxtəlif büdcə təşkilatlarını hədəf götürür. Kürdəxanı qəsəbəsi 113 saylı orta məktəbin şikayətini doğuran yazıda da digər nümunələrin əksəriyyətindəki kimi etik prinsiplərə sayğısız yanaşılıb. Buna görə də, qəzetə MŞ-nin xəbərdarlığı olunub. Məsələyə “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında baxıldıqdan sonra Şuranın İdarə Heyəti tərəfindən yekun qərar çıxarılacaq.
Salyan rayon İcra Hakimiyyətinin “azpolitika.az” saytı ilə bağlı şikayəti əsasında qərarın qəbulu da eyni prosedur yekunlaşdıqdan sonra məlum olacaq.
Sabirabad Dövlət Sosial İqtisadi Kolleci ilə “Dövlət və ictimai fikir” qəzeti arasında anlaşma əldə olunduğuna görə məsələ həllini tapmış sayılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

