“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda növbəti “dəyirmi masa” keçirilib
01.07.2014 [09:47]
İyunun 30-da Azərbaycan Mətbuat Şurasında “Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda “dəyirmi masa” keçirilib.
AzərTAc xəbər verir ki, bu, “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsi çərçivəsində keçirdiyi üçüncü toplantıdır.
Dilçilik sahəsində tanınmış alimlərin, kütləvi informasiya vasitələri rəhbərlərinin iştirak etdikləri “dəyirmi masa”nı layihənin əlaqələndiricisi, “Zərdabi Mətbuat Mərkəzi” İB-nin sədri Rəhim Hüseynzadə açaraq, rəhbərlik etdiyi qurumun fəaliyyətindən və layihə çərçivəsində görülən işlərdən danışıb.
R.Hüseynzadə mart-iyun ayları ərzində gerçəkləşdirilən layihənin məqsədinin ölkənin mətbuat orqanlarında Azərbaycan ədəbi dilinin normalarının qorunması ilə bağlı meylləri müəyyənləşdirməkdən, mövcud problemlər barədə ictimaiyyətin məlumatlandırılmasını təmin etməkdən ibarət olduğunu bildirib, diqqəti dil probleminə kompleks yanaşmanın vacibliyinə cəlb edib. Bu mənada, Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 2012-ci il 23 may tarixli Sərəncamının əhəmiyyətindən danışıb.
Layihədə ekspert qismində iştirak edən “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə, “Xalq qəzeti”nin əməkdaşı Tahir Aydınoğlu, Azərbaycan Dillər Universitetinin professoru Fəridə Səfiyeva, Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli və digər çıxış edənlər də “Mətbuatda ədəbi dilin qorunmasına dəstək: problemlərin aradan qaldırılmasında ictimai müzakirələr başlıca amil kimi” layihəsinin əhəmiyyətindən söz açaraq mediada ana dilimizin qorunmasına yönələn təşəbbüslərə daim ehtiyac olduğunu vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00

