/ / “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabı görkəmli alim və ictimai-siyasi xadimin həyat yoluna işıq salır
“Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabı görkəmli alim və ictimai-siyasi xadimin həyat yoluna işıq salır
09.07.2014 [10:42]
Müasir dünyamızda ömür yolu anbaan sözə çevrilərək ağ vərəqlərə köçürülən, bir sözlə, ömrü kitablaşan elə insanlar var ki, onların haqqında oxuduqca belə şəxsiyyətlərin müasiri olmağından qürur duyur, iftixar hissi keçirirsən.
Belə insanların həyat yolu çoxlarına nümunədir. Bu kitabları oxuyan hər kəs təkcə o şəxsiyyətləri tanımaqla, sevməklə kifayətlənmir, həm də onların ömür kredosundan lazımi dərslər götürür, həyatını o cür, zəhmət, halallıq, düzlük üzərində qurmağa çalışır.
“Təhsil” nəşriyyatının mətbəəsində yenicə çapdan çıxmış nəfis tərtibatlı “Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında da məhz belə dəyərli şəxsiyyətlərdən birinin həyat və fəaliyyətindən söhbət açılır.
AzərTAc xəbər verir ki, yeni kitab görkəmli alim, pedaqoji elmlər doktoru, professor, Moskvadakı Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki, tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun anadan olmasının 80 illik yubileyinə həsr edilib.
Bu dəyərli topluda Zahid Qaralovun alim həmkarlarının, tələbələrinin və yaxın dostlarının yubilyar barədə ürək sözlərini, arzu və istəklərini əks etdirən məqalələr toplanıb. Yeni nəşrdə yer alan yazılarda Zahid Qaralovun bioqrafiyası, həyat yolu, 60 illik elmi-pedaqoji, ictimai-siyasi fəaliyyətinin əsas parametrləri öz əksini tapıb.
Kitab Ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 10-da Zahid Qaralovun anadan olmasının 65-ci ildönümü münasibətilə yubilyara ünvanladığı təbrik məktubu ilə açılır.
Nəşrə “Ön söz”ün müəllifi olan yubilyar yazır: “Mən çox sadə, adi həyat yaşamışam. Alimlərdən, ictimai-siyasi xadimlərdən, həyat hadisələrindən dərs almışam və bu dərsləri özümdən sonra gələnlərə doğru-düzgün ötürməyə çalışmışam. Keçmişimizlə gələcəyimiz arasında möhkəm körpü yaratmışam. Heç kəsi incitməmişəm. Kimə nə etmişəmsə, bunu özümə borc bilib etmişəm. Heç kəs mənə borclu deyil. Təmtəraqlı məclisləri sevməmişəm. Heç vaxt var-dövlət toplamağa meyl göstərməmişəm. Ulu öndər Heydər Əliyevin dediyi kimi, həyatda nəyə nail olmuşamsa, Allahıma, xalqıma və öz zəhmətimə minnətdaram. Mənim ən böyük dövlətim təmiz nəfsli, yüksək mənəviyyatlı, ağıllı övladlarım, qədirbilən alim tələbələrim, müxtəlif kollektivlərdə birgə çalışdığım gözəl insanlar, dostlarım, qohumlarım, Azərbaycan ziyalılarıdır”.
Zahid Qaralovun dolğun, əhatəli və müdrikliklə qələmə aldığı bu giriş yazısında çox mətləblərdən söz açılır. Bunları oxuduqca bir daha əmin olursan ki, həqiqətən də insan ömrünün ana xəttini düzlük, saflıq, mərhəmət, xeyirxahlıq, təmizlik kimi ən yüksək ali hisslər təşkil edir. Bu mənada Zahid Qaralovun yazdıqları insanı mənən düşünməyə, onu həyatda həmişə yalnız xeyirxah işlər görməyə sövq edir.
Yubilyar yazır: “80 yaş elə də az deyil. Heç vaxt “heyif ki, qocaldIm deməmişəm” və deməyəcəm də. Bu sözü dünya malında gözü olanlar, maddi və qeyri-maddi imkanlarını xalqla bölüşməyi bacarmamış insanlar deyə bilərlər. Mənim nəyim varsa-elmim, imkanım-hamısını bölüşmüşəm. Bu gün əvvəlki illərdən də məhsuldar çalışıram, elmi əsərlər yazıram. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 91-ci ildönümü münasibətilə yazdığım böyük monoqrafiyanı tamamlamışam, çapa hazırlayıram. “Dünya təhsil sistemlərinin inkişaf perspektivləri barədə” fundamental əsər üzərində işləyirəm, hissə-hissə mətbuatda dərc etdirirəm. Doktorantlarımdan üç nəfərinin dissertasiyasını oxuyub, redaktə edirəm. Başqa sözlə, elmi yaradıcılığa daxil olan bütün parametrlər üzrə gərgin işləyirəm”.
Bu sətirləri oxuyarkən zəhmətlə yaşamağı özünün ən ali həyat qanununa çevirmiş bəşər övladının yaş həddinə sığmayan tükənməz gücünə heyran qalmaya bilmirsən. Ömrünün bu məqamında da inamla, yorulmaq nə olduğunu bilmədən çalışan əsl alimin mübarizliyinə yalnız və yalnız alqış deyirsən.
Zahid Qaralov kitaba “Ön söz”ündə, eyni zamanda, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqının xoşbəxt gələcəyi naminə gördüyü böyük işlərdən, Yeni Azərbaycan Partiyasının günbəgün artan nüfuzundan və özü üçün doğma olan Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindən də söz açıb, müstəqillik illərində qazandığımız uğurlardan danışıb.
“Ön söz”də yubilyar əsl pedaqoq və ziyalı kimi ənənəsinə sadiq qalaraq insanları düzlüyə, saflığa, haqqı tanımağa səsləyib, müqəddəs səma kitablarından hikmət dolu fikirlər söyləyib.
Sonda üzünü Azərbaycan gəncliyinə tutan Zahid Qaralov deyir: “Arzu edirəm ki, bütün Azərbaycan balalarının ürəyi hikmət çeşməsi, sözləri insanlara məlhəm olsun. Söz var ürək sağaldar, söz var ürəyə ox kimi batar. Söz var xəstəni dirildər, söz var sağ adamı öldürər. Həmişə xəstə ürəkləri sağaldan söz danışın, fikir söyləyin. Elə fikirlər söyləyin ki, tarixə qızıl həriflərlə həkk olunsun. İnanıram ki, bu vəzifəni Azərbaycan gəncliyi inamla yerinə yetirəcək”.
Kitabda Z.Qaralovun müxtəlif vaxtlarda mətbuata verdiyi müsahibələr, yubileyi münasibətilə ona ünvanlanmış çox dəyərli yazılar da yer alıb.
Bu təbriklərin sırasında Xalq şairi Zəlimxan Yaqubun, professor Əli Nağıyevin, akademik, Əməkdar elm xadimi Bəhram Əsgərovun, psixologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Əbdül Əlizadənin və neçə-neçə digər dəyərli elm adamlarının ürəkdən gələn, səmimi münasibətdən və sonsuz sevgidən qaynaqlanan fikirləri yer alıb. Bu yazıların hər birində ömrünün müdriklik çağını yaşayan Zahid Qaralovun xeyirxahlığı, mərhəməti, insanlara yardım əlini uzatması, alimliyi, pedaqoqluğu, ziyalılığı tam dolğunluğu ilə əks olunub.
“Müdrik müəllimimiz. Zahid Qaralov-80” kitabında, həmçinin yubilyarın Yeni Azərbaycan Partiyasının qurultaylarında, yubiley tədbirlərində, konfranslarında etdiyi çıxışlar zamanı çəkilmiş, eyni zamanda, ailə üzvləri, övladları, nəvələri, dostları ilə birgə olduğu məqamlarda lentə alınmış nadir fotoşəkillər də yer alıb.
Pedaqogika üzrə fəlsəfə doktoru Sabir Tağıyev, Adilə İbrahimova və Aysel Abdullayeva tərəfindən tərtib edilən bu kitabın elmi redaktoru pedaqogika üzrə fəlsəfə doktoru Gülnarə Qaralovadır.
İnanırıq ki, görkəmli alim və ictimai-siyasi xadimin 65 illiyinə həsr olunmuş “Zahid Qaralov dünyası” kitabı kimi, onun 80 illiyinə töhfə olan bu bənzərsiz yubiley toplusu da oxucular tərəfindən maraqla qarşılanacaq, hər kəsi həyatı Zahid müəllim kimi sevib zövq almağa sövq edəcək.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24

