Dövlət İdarəçilik Akademiyasında Nobel mükafatı laureatı ilə görüş keçirilib
02.10.2014 [09:52]
Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, ABŞ-ın Stanford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin ilə görüş keçirilib.
AzərTAc xəbər verir ki, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən görüşdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov Nobel mükafatçısının elmi fəaliyyətindən, qazandığı uğurlardan və fizika elminin inkişafına verdiyi töhfələrdən danışıb.
Akademik U.Ələkbərov qonağa görüşdə iştirak etdiyi üçün təşəkkürünü bildirib, onun DİA-da olmasını yüksək qiymətləndirib. Həmçinin akademiyada belə görüşlərin keçirilməsinin bu ali təhsil müəssisəsinin elmi potensialının səviyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini bildirib.
Rektor Prezident İlham Əliyev tərəfindən həyata keçirilən strategiyaya əsasən, Azərbaycan Respublikasında səmərəli dövlət idarəçiliyi, davamlı inkişaf, ekoloji sivilizasiya, insan potensialının yüksəldilməsi kimi sahələrin inkişaf etdirilməsi istiqamətlərinin ölkə rəhbərinin diqqətində olduğunu vurğulayıb.
Görüşdə çıxış edən Robert Betts Laflin son illər Azərbaycanın daha da inkişaf etdiyini və dünya reytinqlərində xeyli irəlilədiyini və ölkədə səmərəli dövlət idarəçiliyi, davamlı inkişaf sahəsində mühüm addımların atıldığını diqqətə çatdırıb.
DİA-da növbəti görüşdən məmnunluğunu ifadə edən qonaq bildirib ki, Bakıda keçirilən Beynəlxalq Humanitar Forum Avropa səviyyəsində tədbirdir. Bu, humanitar və eyni zamanda, siyasi forumdur. Çünki Forumda nüfuzlu elm adamları ilə yanaşı, görkəmli ictimai və siyasi xadimlər də iştirak edəcəklər. Ölkəniz müstəqilliyinin bərpasından sonra sürətli inkişaf yoluna qədəm qoyub. Azərbaycan neftlə zəngin ölkədir, qədim neft tarixiniz var və respublikanız dünyada belə tanınır. Azərbaycanda qeyri-neft sektorunun dinamik inkişafını da müşahidə etmək çox xoşdur.
Qonaq cəmiyyətin, eləcə də dünyanın gələcəyinin bilik, təhsil üzərində qurulacağını qeyd edərək, tələbələri öz gələcəkləri haqqında indidən düşünməyə çağırıb.
Nobel mükafatçısı deyib ki, Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. O, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın bu formatda tədbirlərin keçirilməsi üçün ideal yer olmaqla yanaşı, Forumun ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platforma olduğunu xüsusi vurğulayıb.
Sonra Robert Betts Laflin tələbələri maraqlandıran sualları cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57

