“Bakcell” “Bethclip” və “Xercim.az” mobil tətbiqlərini təqdim edir
10.06.2015 [09:03]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkəti gələcək nəsil mobil texnologiyaları sahəsində dünya lideri olan “Qualcomm” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində 2014-cü ilin sentyabrında start verilmiş “AppLab” innovativ mobil developer layihəsinin ilk iki məzun komandası tərəfindən yaradılmış mobil tətbiqləri təqdim edib. Birinci mobil tətbiq “Bethclip” adlanır (https://bethclip.com). “Bethclip” istənilən kontenti (mətn, şəkil, media, fayl) istənilən platformalar (Android, iOS, Windows, Mac OSX) arasında bir cihazdan digərinə bir kliklə ani olaraq köçürmək imkanı yaradır.
Gənc məzunlar komandası tərəfindən təqdim olunan daha bir maraqlı ideya isə “Xərcim.az” mobil tətbiqidir (Http://xercim.az). “Xərcim.az” layihəsi hal-hazırda bazarda mövcud olan bütün endirim, bonus, kupon və ümumilikdə loyallıq sistemlərini bir yerdə toplayaraq, həmin sistemlər, istifadəçilərə verilən üstünlüklər, xüsusi və toplu təkliflər, qənaətetmə yolları və tərəfdaşlar haqqında məlumat bazasından ibarət mobil tətbiq və proqram təminatıdır. “Xərcim.az” mobil tətbiqini “Google Play Store” daxil olaraq https://play.google.com/store/apps/details?id=az.xercim yükləmək olar.
“Belə bir qısa müddət ərzində “AppLab” layihəsinin ilk bəhrələrini görmək bizim üçün çox xoşdur. Dünya üzrə smartfon bazarının artım templəri ilə bərabər mobil tətbiqlərin istifadəsi də artmaqdadır. Azərbaycan bazarında smartfon istifadəçilərinin artan tələbatlarını təmin etmək üçün “Bakcell” developerlərə dəstək məqsədini daşıyan “AppLab” layihəsini təqdim edib. Bununla yanaşı, bu yaxınlarda “Bakcell” şirkəti öz “Rouminq” və “Ulduzum” mobil tətbiqlərini də istifadəyə verib və bu tətbiqlər yerli bazarda ən çox istifadə olunan tətbiqlərin ilk 10-luğuna daxildir. Biz inanırıq ki, “Bakcell” şirkətinin dəstəyi ilə yaradılan “Bethclip” və “xercim.az” tətbiqləri çox uğurlu olacaq və yaxın gələcəkdə biz daha çox “AppLab” layihələrini təqdim edə biləcəyik”, - deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.
Şirkətdən verilən məlumatda, həmçinin, qeyd olunur ki, 2014-cü ilin sentyabrından indiyədək “AppLab” layihəsində iştirak etmək üçün 102 ərizəçi qeydiyyatdan keçib. Seçilmiş 56 namizəd arasından təqdim olunmuş 25 ideyadan 15-i “AppLab” İdarə heyəti tərəfindən bəyənilib və onlardan 6-sı proqramda iştirak etmək hüququnu qazanıblar.
Layihə çərçivəsində gənc proqramçılar şirkətin Sahil ofisində istifadəyə verilmiş “Bakcell/Qualcomm” AppLab ofisindən istifadə edərək, pulsuz internet, ofis və təlimlər üçün nəzərdə tutulmuş məkandan və mühitdən, eyni zamanda, məhsullarını sınamaq üçün ən müasir mobil telefon və planşetlərdən yararlanırlar. “AppLab” layihəsində iştirak etmək üçün gənc developerlər, sadəcə, http://goo.gl/6nrfkF linkinə daxil olub qeydiyyatdan keçməli və yaxud öz tərcümeyi-hallarını (CV) və ideyalarının təsvirini applab@bakcell.com ünvanına göndərə bilərlər.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

