/ / Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “menecment (alman proqramı)” ixtisasının II kurs tələbələri tədris-təcrübəsi məqsədi ilə Ağcabədi rayonun Cəfərbəyli kəndinə səfər ediblər
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “menecment (alman proqramı)” ixtisasının II kurs tələbələri tədris-təcrübəsi məqsədi ilə Ağcabədi rayonun Cəfərbəyli kəndinə səfər ediblər
23.07.2015 [13:41]
Azərbaycan Dövlət Aqrar Universitetində tələbələrin praktiki bilik və vərdişlərinin formalaşdırılması və inkişaf etidirilməsi prioritet məsələlərdən biri hesab olunur. Bunu nəzərə alaraq, istehsalat və tədris təcrübələrinin müasir və innovativ texnologiyalara əsaslanan aqrar-sənaye müəssisələrində keçirilməsi başlıca vəzifə kimi müəyyən edilmişdir. ADAU-nun menecment (alman proqramı ilə) ixtisasının II kurs tələbələri tədris-təcrübəsi məqsədi ilə Ağcabədi rayonun Cəfərbəyli kəndində yerləşən, ölkə üzrə ilk və ən böyük keçi təsərrüfatına səfər ediblər. Tələbələri təsərrüfatın rəhbəri, sahibkar Mülhazil Balakişiyev böyük ruh yüksəkliyi ilə qarşılamış, təsərrüfatın icracı direktoru Svetlna Məmmədova keçi ferması ilə tələbələri yaxından tanış etmişdir. Keçilərin yenilənməsi, bəslənməsi, çimizdirilməsi və saxlanması ilə əyani tanış olan tələbələr avtomatlaşdırılmış sağım prosesində iştirak ediblər. Nahar fasiləsində tələbələr fermanın yeməkxanasında isti çoban yeməklərinə və təzə süd məhsullarına qonaq ediliblər. Günün sonunda tələbələr rayonun görməli yerləri ilə tanış olublar.
Qeyd etmək lazımdır ki, 2005-ci ildən Azərbaycan Dövlət Aqrar Universitetində bakalavariat səviyyəsində menecment (alman proqramı) ixtisası üzrə mütəxəssis hazırlığı aparılır. İxtisasın tədris planı Almaniyanın Vaynştefan – Trizdorf Tətbiqi Elmlər Universitetinin mütəxəsisslərinin iştirakı ilə hazırlanmışdır. Tədris planının uyğunluğu tələbələrin mübadiləsinə, kreditlərin transferinə əlverişli imkanlar yaradır. Hazırda qeyd olunan ixtisas üzrə universitetdə 100-dən artıq tələbə təhsil alır. Təhsil proqramında alman dilinin tədrisinə xüsusi yer verilməklə, bu dili yaxşı mənimsəyən tələbələr 6 ay müddətində Almaniyanın fermer təsərrüfatlarında istehsalat təcrübəsi keçirlər. 2014/2015-ci tədris ili üzrə 4 tələbə Almaniyanın LOGO e.V. təşkilatının dəstəyi ilə qeyd olunan ölkənin fermer təsərrüfatlarında təcrübə keçmək hüququ qazanmışlar.
ADAU-nun mətbuat xidməti
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
Gündəm
18 İyun 09:45
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21

