BANM-in rektoru Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşüb
30.09.2015 [09:47]
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ali məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüşüb. Tələbələri təbrik edən rektor onların adının Prezident İlham Əliyevin “2015-2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 14 sentyabr 2015-ci il tarixli Sərəncamında öz əksini tapdığını vurğulayaraq, bunun çox əlamətdar və qürurverici hal olduğunu deyib.
Rektor bildirib ki, bu, tələbələrin əldə etdiyi çox böyük nailiyyətdir. E.Qasımov Bakı Ali Neft Məktəbinə daxil olmağın hər bir tələbə üçün daim yeni üfüq açdığını, onlara həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni-yeni uğurlar əldə etməyə zəmin yaratdığını xatırladıb. Rektor BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin sevincinin davamlı olmasını arzulayıb, valideynlərinə bu sevinci yaşatdıqları üçün onlara təşəkkür edib.
Prezident təqaüdünə layiq görülən tələbələrin bu uğurunda orta təhsil pilləsində oxuduqları məktəb, lisey və gimnaziyaların da müsbət rol oynadığını bildirən rektor burada həmin təhsil müəssisələrinin rəhbərlərinin, o cümlədən müəllimlərin də zəhmətinin olduğunu vurğulayıb. O deyib ki, tələbələrin hər bir nailiyyəti ali məktəbin uğurudur və Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsil alması qürurverici və mühüm hadisədir. Rektor, həmçinin Bakı Ali Neft Məktəbində təhsil alan bütün tələbələrə müvəffəqiyyət, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini arzulayıb.
Xatırladaq ki, 2015-2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri “Neft-qaz mühəndisliyi”, beş nəfəri “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, üç nəfəri isə “Kimya mühəndisliyi” ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, builki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də təhsil alır.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

