Xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemləri artıq öz həllini tapıb
26.12.2015 [11:29]
Dekabrın 25-də Səhiyyə Nazirliyində ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda il ərzində görülən işlər və əldə olunan nəticələr barədə məruzələr dinlənilib.
Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov çıxışında son 5 ildə səhiyyəyə ayrılan büdcə vəsaitinin 2 dəfəyədək artırıldığını, bunun nəticəsində ölkəmizdə 600-ə yaxın səhiyyə müəssisəsinin tikilərək və ya əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edildiyini diqqətə çatdırıb.
G.Poladov əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul olunmuş dövlət proqramlarının xüsusi rolunu qeyd edərək bildirib ki, xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi problemi artıq öz həllini tapıb. Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 34 mərkəzdə üç minə yaxın xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunur. Mərkəzlərin 26-sı bölgələrdə yerləşir və xəstələrin yarıdan çoxu müalicəsini yaşadığı ərazidə alır. Mingəçevir şəhərində, İsmayıllı rayonunda və Kliniki Tibbi Mərkəzdə də yeni hemodializ şöbələri açılıb.
Görülən tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edildiyi, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirildiyi, yoluxucu xəstəliklərlə mübarizə və profilaktika sahəsində aparılan işlər sayəsində epidemioloji sabitliyin qorunub saxlanıldığı vurğulanıb. Eyni zamanda, Nazirlik tərəfindən son illər ərzində kadr hazırlığı sahəsındə əhəmiyyətli tədbirlər həyata keçirildiyi qeyd edilib.
Bildirilib ki, Prezident İlham Əliyevin səhiyyə siyasətini daim dəstəkləyən tibb işçiləri qarşıya qoyulan vəzifələri bundan sonra da əzmlə yerinə yetirəcəklər.
Nazir Oqtay Şirəliyev dövlət başçısının səhiyyəyə böyük diqqət və qayğısını vurğulayaraq deyib ki, 2015-ci ilin sosial-iqtisadi inkişafı səhiyyə sahəsində də öz əksini tapıb. Qarşıda duran vəzifələrə dair fikirlərini kollegiya iştirakçılarının diqqətinə çatdıran nazir ana və körpələrin ölüm əmsalları, kadr çatışmazlığının aradan qaldırılması məqsədilə bu il müdavim olmuş həkimlərin bölgələrdə yüksək səviyyədə işlə təminatı, il ərzində Səhiyyə Nazirliyinə daxil olan müraciətlər barədə də danışıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15

