Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür
14.01.2016 [09:24]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısının əhalinin sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların və əməkhaqlarının artırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əməli tədbirlərin görülməsinə başlanılıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev AZƏRTAC-a müsahibəsində sosial sahələrdə nəzərdə tutulan tədbirlər barədə danışaraq deyib:
- Hazırda dünyanı iqtisadi və maliyyə böhranı cənginə alıb. Azərbaycan da dünyanın bir hissəsidir. Böhranın Azərbaycan üçün təsirlərini minimuma endirmək, əhalinin maddi durumunu yaxşılaşdırmaq üçün Azərbaycan Prezidentinin tapşırıqlarının icrasına başlanılıb. Hazırda nazirlik manatın devalvasiyasının əhalinin sosial müdafiə və sosial təminat sisteminə, eləcə də əmək bazarına təsirinin qiymətləndirilməsini həyata keçirir. Bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən 4 fərqli ticarət mərkəzində - topdansatış müəssisələrində, bazarlarda, supermarketlərdə və xırda ticarət obyektlərində minimum istehlak məhsullarının qiymətlərinin dəyişməsinə dair məlumat toplayırlar. Bir həftəyə dəqiq rəqəmlər əldə olunacaq. Həmin məlumatlar Nazirlər Kabinetinə təqdim ediləcək və sonra minimum istehlak səbətinin tərkibi barədə qərar imzalanacaq. Bu qərara əsasən Azərbaycanda minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları, eləcə də xidmətlərin siyahısı müəyyənləşdiriləcək.
Nazir müavini deyib ki, Azərbaycanda 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib.
Əhalinin məşğulluğunun təmin olunması ilə bağlı görülən işlərdən də danışan İ.İsayev deyib ki, nazirliyin yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ötən il bu istiqamətdə mühüm tədbirlər görülüb. Son bir ildə xidmət tərəfindən 29 min nəfər işsiz və işaxtaran vətəndaş münasib iş yerləri ilə təmin olunub. İşsiz və işaxtaran vətəndaşların əmək bazarına çıxışının asanlaşdırılması üçün onların peşə kurslarına cəlb edilməsi də diqqətdə saxlanılıb. Nazirlik bu istiqamətdə də işi fəallaşdıracaq.
Müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə toxunan nazir müavini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası üzrə işlərin davamı olaraq, nazirlik tərəfindən respublikanın müxtəlif bölgələri üzrə 82 fərdi ev, hazır binalardan alınaraq təmir etdirilmiş 145 mənzil, habelə Tərtər rayonunda 54 mənzilli ev, yəni, ümumilikdə 281 mənzil ötən il bu kateqoriyadan olan ailələrə təqdim edilib. Gözdən əlillər üçün Bakının Nərimanov rayonunda inşa edilən 132 mənzilli yaşayış binası keçən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Bu istiqamətdə işlər bu il də davam etdiriləcək.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli Sərəncamı bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin növbəti əyani təzahürüdür. Sərəncama əsasən bu qəbildən olan ailələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Prezidentinin Ehtiyat fondundan 10 milyon manat vəsait ayrılıb. Bütün bunlar Azərbaycanın dövlət siyasətinin sosialyönümlü olduğunu təsdiq edir.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

