Gəncədə süni qiymət artımına qarşı market və mağazalarda yoxlamalara başlanılıb
16.01.2016 [10:25]
Prezident İlham Əliyevin süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırığına əsasən, Gəncədə istehlak bazarına nəzarət etmək üçün komissiya yaradılıb. Bununla bağlı keçirilən iclasda rayon rəhbərliyi, sahibkarlar, şəhər ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev son vaxtlar dünya iqtisadiyyatında baş verən proseslərin ölkəmizə də təsirindən, manatın devalvasiyasından sonra yaranan iqtisadi çətinliklərdən danışıb, qiymətlərin obyektiv səbəblərlə yanaşı, həm də süni şəkildə artırılması hallarına rast gəlindiyini diqqətə çatdırıb. Ölkəmizdə istehsal olunan məhsulların qiymətlərinin süni artırılmasının qarşısının alınması üçün ciddi tədbirlər görüldüyü bildirilib. Qeyd edilib ki, istehlak bazarına nəzarət edən komissiya yaradılıb. Hüquq mühafizə orqanları və dövlət qurumlarının nümayəndələrinin də daxil olduğu komissiya mobil qruplar şəklində market və mağazalarda müşahidələrə başlayıb.
Sahibkarların fəaliyyətinə dövlət dəstəyi də iclasda əsas müzakirə mövzularından biri olub. İcra Hakimiyyətinin başçısı Gəncədə Qafqazın ən böyük ət kəsimi məntəqəsinin 3 ayadək fəaliyyətə başlaması üçün 5 milyon manat kredit verildiyini, 300 nəfərin çalışacağı Gəncə gips zavodu üçün 15 hektar torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb. Qeyd edilib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq Gəncədə fəaliyyət göstərən sahibkarlara Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ilkin mərhələdə 100 milyon manat güzəştli kreditlərin ayrılması da müəyyənləşdirilib.
Det.Al alüminium zavodunun fəaliyyətini dayandırması haqqında bəzi KİV-lərdə yayılan xəbərlərin əsasının olmadığı, kompleksin tam gücü ilə işlədiyi də diqqətə çatdırılıb. Bildirilib ki, şəhərdə aparılan tikinti-quruculuq işləri, sosial və infrastruktur layihələrinin icrası bundan sonra da davam etdiriləcək.
Toplantıda vətəndaşların müraciətləri dinlənilib, şəhər sakinlərini narahat edən problemlərin əksəriyyəti, o cümlədən 54 tələbənin təhsil haqqının ödənilməsi ilə bağlı müraciət öz həllini tapıb. Təxminən 10 ailəyə fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması barədə göstəriş verilib.
Çıxış edənlər dövlətimizin başçısının manatın devalvasiyaya uğramasından sonra yaranan iqtisadi çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq və tövsiyələrinin uğurlu nəticələr verəcəyinə əmin olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39

