/ / Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub
Ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması müzakirə olunub
28.01.2016 [09:58]
Yanvarın 27-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi Mətbuat Şurası ilə birlikdə ölkəmizdə dərc olunan qəzet, jurnal və digər çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi və tələblərin icrasının təmin olunması mexanizminin işlənib hazırlanması məqsədilə müşavirə keçirib.
AZƏRTAC xəbər verir ki, müşavirə Azərbaycan Respublikası ərazisində dərc olunan mətbuatın (qəzet və jurnalların) və çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 noyabr 2015-ci il tarixli müvafiq Sərəncamından irəli gələn məsələlərin həlli məqsədilə təşkil olunub.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək ölkə başçısının respublikada fəaliyyət göstərən mətbu orqanların, nəşriyyat və poliqrafiya sahəsinin inkişafına göstərdiyi diqqət və qayğısından söz açıb. Ölkəmizdə kitab nəşrlərinin yüksək səviyyədə çap edilməsinə toxunan nazir qeyd edib ki, qanunvericiliyin tələblərinə uyğun işıq üzü görən yeni nəşrlərin nüsxələrinin kitabxanalara verilməsi müvafiq qurumlar tərəfindən tam təmin edilmir. Problemin obyektiv və subyektiv səbəblərini diqqətə çatdıran nazir, yaranmış neqativ halların səmərəli və operativ həlli yollarından bəhs edib.
Ə.Qarayev qeyd edib ki, mətbu orqanlar, nəşriyyat və poliqrafiya evləri bundan sonra kitab işi dövriyyəsini qanunvericiliyin tələblərindən irəli gələn qaydalar çərçivəsində həll etməlidir. “Çap olunan müxtəlif kitabların Azərbaycan Milli Kitabxanası ilə yanaşı, ölkədə fəaliyyət göstərən nüfuzlu kitabxanalara verilməsini təmin etməklə, həm də milli arxiv irsimizi gələcək nəsillər üçün qoruyub saxlamalıyıq. Bu sahədə görüləcək işlərin şəffaflığının təmin olunması məqsədilə məcburi nüsxə, beynəlxalq və respublikada yeni nömrələmə sisteminin formalaşması istiqamətində ciddi addımlar atılacaq”, - deyə nazir bildirib.
Daha sonra Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov deyib ki, bu istiqamətdə qabaqcıl ölkələrin təcrübəsini öyrənməklə çoxsaylı uğur əldə etmək olar. Qəbul olunan qərarlar və görüləcək işlər milli mənəviyyatımızın gələcək nəsillərə çatdırılmasına xidmət edəcək.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov KİV-lərin də qeyd olunan mövzuda müvafiq qərarlara əməl etmələrinin vacibliyini vurğulayıb. Türkiyə, Almaniya, Fransa, Polşa arxivlərində ölkəmizə məxsus qəzet və jurnalların mövcudluğuna toxunan deputat bildirib ki, belə ənənələri ölkəmizə də gətirməliyik.
Daha sonra qəzet və jurnal redaktorları ilə yanaşı, nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin də qatıldığı müşavirədə bu sahədə mövcud vəziyyət müzakirə olunub və Sərəncamdan irəli gələn məsələlərin icrası yolları təhlil edilib.
Xəbər lenti
Hamısına baxSosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17

