Dünya şöhrətli alim, akademik Cəlal Əliyev son mənzilə yola salındı
02.02.2016 [09:56]
Fevralın 1-də dünya şöhrətli alim, ictimai-siyasi xadim, ölkəmizdə biologiya və aqrar elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Azərbaycanın ali dövlət mükafatlarına - “İstiqlal” və “Şərəf” ordenlərinə, Azərbaycan Prezidentinin “Fəxri diplomu”na layiq görülmüş akademik Cəlal Əliyev ilə vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərhumun AMEA-nın binasının matəmsayağı bəzədilmiş salonunda postament üzərindəki tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdu.
Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.
Salonda həzin matəm musiqisi səslənirdi.
Akademik Cəlal Əliyevin həmkarları, dostları, tanışları, tanınmış elm və mədəniyyət xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.
Matəm mitinqini AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq tanınmış bioloq alim Cəlal Əliyevin səmərəli elmi fəaliyyətindən, respublikamızda biologiya elminin inkişafına verdiyi töhfələrdən danışdı. Bildirdi ki, alim bu sahədə elmi məktəb yaradıb, bütün mənalı ömrünü biologiya elminin inkişafına həsr edib. Akademik Cəlal Əliyevin simasında Azərbaycan elmi böyük bioloq alimi itirib.
AMEA-nın rəhbəri qeyd etdi ki, görkəmli alimin elmi fəaliyyətinin 65 ilindən çoxu kənd təsərrüfatı bitkilərinin, əsasən buğdanın fotosintetik məhsuldarlığının nəzəri əsaslarının öyrənilməsinə həsr olunub. Onun fotosintezin tədqiqi sahəsində yaratdığı məktəbin əldə etdiyi misilsiz nailiyyətlər, qazanılan uğurlar dünya elmi ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilib.
Bildirildi ki, görkəmli alimin əldə etdiyi bir sıra elmi nəticələr dünyanın bir çox ölkələrində uğurla tətbiq olunur. Akademik C.Əliyevin bu istiqamətdə apardığı tədqiqatlar ona dünyada böyük nüfuz qazandırmışdı. Onun rəhbərliyi altında aparılan molekulyar tədqiqatlar əsasında buğdanın genom kitabxanası yaradılıb, sintez olunan plazmidlərin köməyi ilə genlərin köçürülməsi nəticəsində davamlılıq geni daşıyan bitki regenerantları alınıb. Bunun əsasında gen mühəndisliyindən istifadə edilməklə kənd təsərrüfatı bitkilərinin klonal çoxalma sxemi işlənib hazırlanıb.
AMEA-nın rəhbəri vurğuladı ki, 600-dən çox məqalənin müəllifi olan Cəlal Əliyevin elmi işləri dünyanın nüfuzlu impakt faktorlu jurnallarında yer alıb. Onun rəhbərliyi ilə 80-dən çox elmlər namizədi, 10-dan çox elmlər doktoru hazırlanıb. Biologiya elmində böyük bir məktəb yaradan alimin molekulyar biologiya, fotosintez, fototənəffüs və digər istiqamətləri əhatə edən araşdırmaları daim xarici mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Alimin yetişdirdiyi elmi kadrlar hazırda ölkəmizdə və xaricdə müxtəlif nüfuzlu elmi təşkilatlarda fəaliyyətlərini uğurla davam etdirirlər. Dünya şöhrətli alim, təvazökar və səmimi insan C.Əliyevin zəngin elmi irsi daim yaşayacaq, xalqımıza, elmimizə xidmət edəcək, nəsillərdən-nəsillərə ötürüləcək.
Vida mərasimində çıxış edən akademiklər Əhliman Əmiraslanov, Məhərrəm Babayev, Böyükkişi Ağayev, AMEA-nın müxbir üzvü Validə Əlizadə Cəlal Əliyevin biologiya elminin inkişafındakı xidmətlərindən, zəngin elmi, ictimai-siyasi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söhbət açdılar, alimlə bağlı xatirələrini bölüşdülər.
Çıxış edənlər görkəmli alimin Azərbaycan elminin dünyada tanınması istiqamətində gördüyü işləri diqqətə çatdırdılar. Bildirildi ki, ömrünün yarıdan çoxunu Azərbaycan biologiya elminin inkişafına həsr edən akademik Cəlal Əliyevin irsi gələcək nəsillərə layiqli mirasdır. Akademikin bu sahədə hazırladığı kadrlar beynəlxalq elmi qurumlarda biologiya elmini yüksək səviyyədə təmsil edirlər. C.Əliyevin həyat və fəaliyyəti, eyni zamanda, Azərbaycan dövlətinə, elminə layiqli xidmət nümunəsidir. O, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü kimi, elm sahəsində mütərəqqi qanunların yaradılmasında mühüm xidmətlər göstərib.
Mərhumun tələbələri adından çıxış edən AMEA-nın müxbir üzvü İbrahim Əzizov da görkəmli alimlə bağlı xatirələrini dilə gətirdi. Qeyd etdi ki, Cəlal Əliyev həm Azərbaycanda, həm də dünyanın müxtəlif aparıcı elmi mərkəzlərində və universitetlərində müvəffəqiyyətlə çalışan layiqli tələbələr yetişdirib.
Sonra görkəmli alimin cənazəsi son mənzilə yola salındı.
Mərhum I Fəxri xiyabanda torpağa tapşırıldı.
Allah rəhmət eləsin!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

