Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib
11.02.2017 [10:38]
Fevralın 10-da Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin bu il ilk iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə sədr, Milli Məclisin deputatı Əflatun Amaşov iclasın gündəliyini elan edib.
Gündəliyə iki məsələ daxil olunub - MŞ-nin 2016-cı ildə gördüyü işlərə dair hesabat və İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına MŞ-dən namizədlərin müəyyənləşdirilməsi. Gündəlik səsə qoyulub və yekdilliklə qəbul edilib.
Sonra Əflatun Amaşovun Şuranın 2016-cı ildə gördüyü işlərə dair hesabat məruzəsi dinlənilib. Bildirib ki, ötən il Şuraya 686 müraciət qeydə alınıb. Onlardan 322-i bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Ayrı-ayrı vətəndaşlardan 118, dövlət idarə, müəssisə və təşkilatlarından 91, özəl müəssisələrdən 78, özünüidarəetmə orqanlarından 16, ictimai qurumlardan 19 şikayət daxil olub. Şura Katibliyi 322 şikayətlə əlaqədar tərəfləri Şuraya dəvət edib. Bu mərhələdə 184 məsələ Katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 138 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına təqdim edilib.
2016-cı ildə Şuraya daxil olan şikayətlərin 138-nə komissiyalarda baxılıb. Bunlardan 90-ı Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılıb. Şikayətlər üzrə Komissiyada baxılan 90 məsələdən 42-si həllini tapıb. Digər 48 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib. “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyası tərəfindən araşdırılan 48 şikayətdən 18-i barədə təqdimat verilərək yekun qərarın qəbulu üçün Şuranın İdarə Heyətinə təqdim edilib.
Şuranın İdarə Heyəti 2016-cı ildə, ümumilikdə, 44 qərar çıxarıb. Bu zaman Şikayətlər üzrə Komissiyanın 48 rəyindən 40-ı (8 rəy təkrar baxılmaq üçün Katibliyə qaytarılıb), “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının isə 18 təqdimatından 8-i əsas götürülüb.
2016-cı ildə şikayətlərin 51,9 faizi internet saytların fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ikinci yer 29,3 faizlə qəzetlərə məxsusdur. Şikayətlərin 14,8 faizində informasiya agentliklərinin, 4 faizində jurnalların fəaliyyətindən narazılıq ifadə edilib.
2016-cı ildə Mətbuat Şurasının “qara siyahı”sına, ümumilikdə, 10 KİV-in adı daxil edilib.
MŞ dövlət sənədlərindən irəli gələn vəzifələrin icrası ilə əlaqədar 7 tədbir, jurnalistika və ictimai fikir tariximizlə bağlı 6 kitab təqdimatı, KİV-lərin və jurnalistikamızın inkişafında xidmətləri olan şəxslərin yubileyləri ilə bağlı 9 toplantı keçirib. Səkkiz ahıl jurnalist evində ziyarət olunub. Şurada 10 xarici qonaq qəbul edilib. İdarə Heyəti üzvlərinin xarici səfərlərinin sayı 6, MŞ-nin bəyanatlarının sayı 4-dür. Bundan başqa, Şura üç küçə aksiyasında monitorinq aparıb, ayrı-ayrı dövlət qurumları ilə birgə 5 müsabiqə təşkil edib ki, həmin müsabiqələrdə 45 jurnalist mükafatlandırılıb. Müxtəlif tematik toplantıların sayı isə 10-dur.
Müzakirələrdən sonra hesabat səsə qoyularaq qəbul edilib.
İclasın gündəliyində duran ikinci məsələ ilə bağlı məlumat verən Ə.Amaşov bildirib ki, Mətbuat Şurası da İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına namizədlərini irəli sürmək hüququna malikdir. Azərbaycan Respublikasının Milli Məclisinin 2005-ci il 15 mart və 2011-ci il 18 mart tarixli qərarları ilə Şuranın namizədi olan Bakı Dövlət Universitetinin dekanı Cahangir Məmmədli Yayım Şurasında təmsil olunub. Onun səlahiyyət müddəti 2017-ci il martın 18-də başa çatır.
Müzakirələrdən sonra İdarə Heyətinin üzvləri - Orta Asiya və Cənubi Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət və Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli İctimai Yayım Şurasının üzvlüyünə namizəd kimi təsdiqləniblər. Bununla bağlı yekun qərar Milli Məclis tərəfindən veriləcək.
Xəbər lenti
Hamısına baxGündəm
06 May 11:10
Xəbər lenti
06 May 10:58
Elm
06 May 10:57
Sosial
06 May 10:56
İqtisadiyyat
06 May 10:55
Gündəm
06 May 10:46
İqtisadiyyat
06 May 10:19
Sosial
06 May 09:50
Gündəm
06 May 09:27
Sosial
06 May 08:51
MEDİA
06 May 08:32
YAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
Sosial
05 May 17:14
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23

