Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndə heyəti Həştərxanda səfərdə olub
17.03.2017 [10:17]
Azərbaycan və Rusiya tarixən bir-biri ilə sıx bağlı olan, keçmişdən bu günədək daim qarşılıqlı anlaşma, sülh və sabitlik şəraitində yaşayan iki dost, qardaş dövlətlərdir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu sıx dostluq və əməkdaşlıq əlaqələri bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.
Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq genişmiqyaslıdır. İki dövlət bir-birinə ən yaxın dəstəyi göstərməklə, iqtisadiyyatdan siyasətə, humanitar əməkdaşlıqdan mədəniyyətədək bütün sahələrdə səmərəli əlaqələr qurub.
2010-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırığına əsasən, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib. Müxtəlif sahələrdə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində aparılan işlərin davamı olaraq hazırda Həştərxan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan İş Mərkəzinin tikintisi həyata keçirilir.
Martın 12-16-da Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxanda işgüzar səfərdə olub. Səfərin məqsədi yuxarıda qeyd olunan layihənin həyata keçirilməsinin gedişi ilə yaxından tanış olmaq, Həştərxan vilayətinin və şəhərinin dövlət rəsmiləri ilə görüşlər keçirmək, Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynovun 70 illik yubiley mərasimində iştirak etməkdən ibarət olub.
Martın 13-də Həştərxan vilayətinin və şəhərinin rəsmi şəxsləri, iş adamları, diaspor təmsilçiləri, şəhər ictimaiyyətinin nümayəndələri, azərbaycanlı tələbələr Ulu öndər Heydər Əliyevin Həştərxan şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar.
Səfər çərçivəsində Abdin Fərzəliyevin başçılıq etdiyi nümayəndə heyəti vilayətin və şəhərin rəsmi dövlət və hökumət rəhbərləri, o cümlədən Həştərxan vilayətinin qubernatoru A.Jilkin, Hökumət başçısı və vitse-qubernatoru K.Markelov, Həştərxan Şəhər Administrasiyasının başçısı O.Polumordvinovla görüşlər keçirib.
Görüşlərdə ölkələrimiz arasında olan mövcud dostluq münasibətlərindən danışılıb, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxan vilayətinə göstərdiyi böyük diqqət və qayğı xüsusi vurğulanıb, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda inşa edilən Azərbaycan İş Mərkəzinin tikintisi ilə bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyəti mərkəzin tikintisinin gedişi ilə tanış olublar. Mərkəz gələcəkdə “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulların Rusiya ərazisində, xüsusilə də bu ölkənin cənub bölgəsində yayılmasına geniş imkanlar açacaq.
Həmçinin səfər zamanı nümayəndə heyəti Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ə.Hüseynovun 70 illik yubiley mərasimində iştirak edib.
Eyni zamanda, səfər çərçivəsində nümayəndə heyətimiz Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində inşa edilmiş Heydər Əliyev adına 11 nömrəli ümumtəhsil məktəbinə və onun nəzdində fəaliyyət göstərən “Drujba” uşaq bağçasında olub, kollektivlərlə görüşüb.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23

