Qarabağ Regional Bilik evinin açılışı olub
19.04.2017 [09:59]
Bilik Fondunun əməkdaşları Tərtər Cümə məscidində və “N” saylı hərbi hissədə olublar
Aprelin 18-də Tərtər rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Qarabağ Regional Bilik evinin açılışı olub. Açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, İcra Hakimiyyətinin və Bilik Fondunun əməkdaşları və yerli ictimaiyyət nümayəndələri, bölgə ziyalıları iştirak ediblər. Açılış mərasimindən sonra Qarabağ Bilik evi ilə tanışlıq olub.
Daha sonra isə Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının inzibati binasında ictimaiyyət nümayəndələrinin iştirakı ilə “dəyirmi masa” keçirilib. Rayon İcra Hakimiyyəti başçısı M.Məmmədov Regional Bilik evinin məhz Tərtər rayonunda və aprel döyüşlərinin ildönümündə açılması təşəbbüsünü irəli sürən Bilik Fondu rəhbərliyinə minnətdarlığını bildirib. İcra Hakimiyyətinin başçısı Bilik evinin fəaliyyəti üçün hər bir şəraitin yaradıldığını, bu imkanlardan yararlanaraq, Qarabağ bölgəsində geniş maarifləndirmə işləri həyata keçiriləcəyini deyib.
Bilik Fondunun icraçı direktoru O.Səmədov müxtəlif bölgələrdə Bilik evlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İcraçı direktor bildirib ki, əhalinin maarifləndirilməsində bu evlər böyük rol oynayır.
Daha sonra Tərtər rayonundakı Heydər Əliyev Mərkəzində Bilik Fondu ilə Mərkəz arasında əməkdaşlıq barədə Niyyət Protokolu imzalanıb. Niyyət Protokolunda bölgə əhalisinin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni sahələrdə maarifləndirilməsi, dövlətin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin yerli ictimaiyyətə çatdırılması, Ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, banisi olduğu azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi və dini dəyərlərin təbliği, gənclər arasında elmi biliklərə marağın artırılması, onların vətənpərvərlik və tolerantlıq ruhunda tərbiyə olunması istiqamətində birgə fəaliyyətin təşkili və həyata keçirilməsi nəzərdə tutulur.
Bununla yanaşı, Bilik Fondunun təmsilçiləri Tərtər Cümə məscidində olublar, yerli möminlərlə görüşdə məscidə kitablar hədiyyə olunub. Axund Sadiq Cəfərov Fondun həyata keçirdiyi “Məscid kitabxanası” layihəsini yüksək qiymətləndirərək insanların bütün sahələrdə maariflənməsinin ümumi inkişafa böyük töhfə verdiyini vurğulayıb.
Bilik Fondunun nümayəndələri həmin gün Tərtər rayonundakı “N” saylı hərbi hissədə olublar. Əsgərlərlə birgə şam yeməyindən sonra “Qardaşlaşmış məktəblər” layihəsi iştirakçılarının ünvanladıqları məktubları əsgərlərə çatdırıblar, onlar da öz növbəsində məktublara cavab yazıblar. Bununla yanaşı, Bilik Fondunun “İl boyu bilik” proqramı çərçivəsində əsgərlərə kitablar da hədiyyə olunub.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

