Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vergilər Nazirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

Vergilər Nazirliyində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

02.05.2017 [10:02]

Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş vergi xidməti əməkdaşları arasında ənənəvi şahmat turnirinə yekun vurulub. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, aprel ayının 8-də start verilmiş yarışlar Olimpiya sistemi üzrə keçirilib, yarışlarda vergi orqanlarının bütün strukturlarının əməkdaşları iştirak ediblər.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Vergilər Nazirliyi Aparatının rəhbəri Ağasəməd Əfəndiyev turnir iştirakçılarına minnətdarlığını bildirərək, yarışın maraqlı rəqabət şəraitində keçdiyini qeyd edib. Onun sözlərinə görə, Vergilər Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu turnir Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. Prezident İlham Əliyevin şahmatın inkişafına böyük qayğı göstərdiyini deyən natiq şahmatın maddi-texniki bazasının gücləndirilməsindən, şahmatçılara göstərilən dövlət qayğısından söz açıb.
A.Əfəndiyev Şəmkirdə beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2017” superturnirinin keçirildiyini də diqqətə çatdırıb. Turnirin ölkə rəhbərliyinin də diqqətində olduğunu bildirən natiq artıq Şəmkirdə Vüqar Həşimov Şahmat Akademiyasının fəaliyyətə başladığını və 200-dək gəncin burada şahmatın sirlərini öyrəndiyini qeyd edib.
Sonra qaliblərə diplomlar təqdim edilib. Turnirin qalibi Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin əməkdaşı Toğrul Qasımov olub. Vergilər Nazirliyinin 4 saylı Ərazi Vergilər İdarəsinin əməkdaşı Şəhriyar Məmmədov 2-ci, Çağrı Mərkəzi Departamentinin əməkdaşı Mahmud İbrahimov isə 3-cü yeri tutub.

Paylaş:
Baxılıb: 484 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31