/ / Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turniri başa çatıb
Ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə Nərimanov rayon turniri başa çatıb
06.05.2017 [12:18]
Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin və Nərimanov rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Tələbə Kuboku” mini futbol üzrə rayon turnirinin final oyunu və qaliblərin mükafatlandırılma mərasimi keçirilib.
Turnirin bağlanış mərasimində Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin rəhbərliyi, tələbə-gənclər təşkilatlarının sədrləri iştirak ediblər.
Turnirin keçirilməsində məqsəd Ümummilli liderimiz Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaq, kütləvi bədən tərbiyəsinə və idmana olan münasibəti hərtərəfli formalaşdırmaqdır.
Qeyd edək ki, turnirdə 13 komanda - Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, “Bakı Avrasiya” Universitetinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, “ADA” Universitetinin, “Təfəkkür” Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dillər Universitetinin, Bakı Humanitar Kollecinin, Bakı İdarəetmə və Texnologiya Kollecinin və Bakı Biznes və Kooperasiya Kollecinin komandaları iştirak ediblər.
Turnirdə I yeri Azərbaycan Dillər Universitetinin komandası, II yeri Azərbaycan Kooperasiya Universitetinin komandası, III yeri isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası qazanıblar.
Qaliblərin mükafatlandırma mərasimində Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan bəhs olunub. Ulu öndər Heydər Əliyevin siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər, Ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.
Qalib komandalar təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, kubok, medallar və hədiyyələr ilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

