Gənclər Fondu 10-cu qrant müsabiqəsinə yekun vurub
20.07.2017 [09:28]
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının 21-ci iclası keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, toplantının gündəliyinə 10-cu qrant müsabiqəsinin yekunları, Fondun fəaliyyətini tənzimləyən bir sıra sənədlərə əlavə və dəyişikliklərin olunması, 9-cu müsabiqə çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti və s. məsələlər daxil edilib.
Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 10-cu qrant müsabiqəsi barədə məlumat verərək bildirib ki, 2017-ci il aprelin 24-dən mayın 15-dək Fonda “A” (gənclər təşkilatlarının yerli layihələri), “B” (gənclər təşkilatlarının beynəlxalq layihələri) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1799 layihə təklifi daxil olub. Mayın ikinci yarısı və iyun ayı ərzində layihələr Fondun aparatının əməkdaşları tərəfindən sistemləşdirilib, hər biri haqqında annotasiya və rəylər hazırlanıb, Bakı şəhərində və regionlarda fərdi layihə təqdim etmiş 1400-dək şəxslə görüşlər keçirilib.
Müşahidə Şurasının üzvləri əvvəlki müsabiqələr çərçivəsində maliyyələşdirilmiş layihələr haqqında təsviri və maliyyə hesabatlarını indiyədək təqdim etməmiş gənclər təşkilatlarının və fiziki şəxslərin müraciətlərinə baxılmaması barədə razılığa gəliblər. Digər təkliflər qiymətləndirilərkən, ilk növbədə, ictimai əhəmiyyət kəsb edən, gənclərin fiziki, intellektual və mənəvi inkişafına xidmət edən, real icra planı və büdcəsi olan layihələrə üstünlük verilib. Aparılan müzakirələr nəticəsində “A” kateqoriyası üzrə 186 layihədən 144-nün, “B” kateqoriyası üzrə 9 layihədən 6-nın, “C” kateqoriyası üzrə 1604 layihədən 418-nin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş 568 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2 milyon 11 min 600 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub (layihələrin siyahısı 2017-ci il iyulun 20-də Fondun internet səhifəsində yerləşdiriləcək).
İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının Reqlamenti”nə, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən qrant müsabiqələrinin keçirilməsi Qaydaları”na, “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na, “Maliyyə yardımının göstərilməsi haqqında Müqavilə”yə və “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilmiş layihənin icrasının yekunu ilə bağlı resipiyentdən tələb olunan sənəd və materialların Siyahısı”na dəyişikliklərin layihələri müzakirəyə çıxarılıb.
Layihələri təqdim edən Fondun aparat rəhbəri Faiq Qürbətov bildirib ki, adıçəkilən sənədlərdə bəzi məqamlar əksini tapmadığına görə, fiziki şəxslərdən daxil olan layihələrin müddətində, beynəlxalq tədbirlərdə iştirak edənlərə nəqliyyat xərclərinin ödənilməsində, resipiyentlərdən hesabatların qəbulunda və s. müəyyən problemlər yaranır. Bunları nəzərə alaraq, Fondun aparatı həmin sənədlərə bir sıra əlavə və dəyişikliklərin olunmasını təklif edib. Təkliflər müzakirə olunduqdan sonra Müşahidə Şurası tərəfindən təsdiq edilib.
Daha sonra Fondun icraçı direktoru Fərhad Hacıyev 9-cu qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələrin icra vəziyyəti haqqında məlumat verib. Qeyd edib ki, həmin müsabiqə çərçivəsində gənclər təşkilatlarının “A” (yerli layihələr) kateqoriyası üzrə 110, “B” (beynəlxalq layihələr) kateqoriyası üzrə 5 layihəsinə maliyyə dəstəyi ayrılıb. Bir layihənin müəllifi qrantdan imtina edib, digərləri isə icra planında nəzərdə tutulmuş tədbirləri respublikanın şəhər və rayonlarında, habelə müvafiq xarici ölkələrdə reallaşdırılıb.
F.Hacıyev, həmçinin 2017-ci ilin birinci yarısında “D” kateqoriyası üzrə (beynəlxalq tədbirlərdə iştirak qrantları) maliyyələşdirilmiş səfərlər barədə məlumat verib. Qeyd olunub ki, 6 ay ərzində 19 gəncin xarici ölkələrdə keçirilən konfrans, təlim, seminar, simpozium, müsabiqə, festival, olimpiada və sərgilərdə iştirakına şərait yaradılıb.
İclasın gündəliyindəki məsələlər ətrafında müzakirələrdə Müşahidə Şurasının üzvləri - təhsil nazirinin müavini Ceyhun Bayramov, Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Rafiq Bayramov, “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin İdarə Heyətinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov, “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyev, Fondun baş mühasibi Elmar Talıblı, sektor müdirləri Orxan Ərəbov və Vüsalə Niftəliyeva iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52

