Müasir media milli-mənəvi dəyərlərin təbliğində mühüm rol oynayır
21.07.2017 [09:09]
İyulun 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində “Müasir mediada ailə, qadın və uşaq məsələləri” mövzusunda konfrans keçirilib.
Milli Mətbuat Günü münasibətilə keçirilən konfransda çıxış edən komitənin sədri Hicran Hüseynova Azərbaycanın inkişaf tarixində mətbuatın özünəməxsus yeri olduğunu qeyd edib. Diqqətə çatdırılıb ki, ötən 25 il ərzində bütün sahələrdə olduğu kimi, media sahəsində də mühüm irəliləyişlər baş verib. Bu, ilk növbədə, dövlətimizin başçısının müstəqil mətbuatın formalaşmasına və inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub. Ailə və milli-mənəvi dəyərlərin təbliği, qadınların fəallığının artırılması, uşaq hüquqlarının müdafiəsi, habelə məişət zorakılığının, erkən nikahların qarşısının alınması və digər istiqamətlərdə görülən işlər mətbuat orqanlarında geniş şəkildə işıqlandırılır.
Konfransda çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev bildirib ki, milli mətbuatımız yarandığı gündən cəmiyyəti düşündürən, onun mənafeyinə uyğun maarifləndirmə işləri aparır. Mətbuatın mədəniyyət və təhsilin inkişafındakı rolunu yüksək qiymətləndirən Ərəstun Mehdiyev deyib: “Mətbuat xüsusən cəmiyyət üçün ağrılı problemlərin aradan qaldırılmasında əlindən gələni əsirgəməyib. Azərbaycan mətbuatı hər zaman xalqla bağlı olub, onun tərəqqisi naminə var gücü ilə çalışıb. Müstəqillik illərində mətbuat Azərbaycan dövlətçiliyinin inkişafında, qarşıya çıxan problemlərin həllində mühüm rol oynayıb. Ölkəmizdə jurnalistlərin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də ardıcıl addımlar atılır. 2013-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə KİV işçiləri üçün tikilmiş ilk yaşayış binası istifadəyə verilib. Sevindirici haldır ki, bu gün növbəti binanın açılış mərasimi keçirilib və üçüncü binanın təməli qoyulub. Bu, Azərbaycan Prezidentinin mətbuata diqqət və qayğısının daha bir bariz nümunəsidir”.
Azərbaycan mətbuatının keçdiyi inkişaf yoluna nəzər salan Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva qeyd edib ki, jurnalistlərimiz milli və dini dəyərlərə bütün dövrlərdə hörmətlə yanaşıblar. Təsadüfü deyil ki, dövlət müstəqilliyinin bərpasından sonra ölkəmizdə KİV-lərin sayı sürətlə artıb. “Biz bu gün həyatımızı informasiyasız təsəvvür etmirik. Odur ki, bu bayram təkcə jurnalistlərin yox, bütün xalqın bayramıdır. Azərbaycan mətbuatı şanlı tarixə malikdir və biz bununla fəxr edirik. Bu gün mətbuatımız inkişaf yolundadır. Bu inkişafın daha da sürətlənməsi üçün Azərbaycan dövləti hər bir dəstəyi göstərir. Ölkəmizdə mətbuat və söz azadlığı təmin edilib. Biz hamımız bu azadlıqdan məsuliyyətlə istifadə etməli, cəmiyyətin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və zənginləşməsinə öz töhfəmizi verməliyik”, - deyə Sona Vəliyeva vurğulayıb.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkəmizdə KİV üçün yaradılan imkanlardan danışıb, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, hüquqlarının qorunması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.
Konfransda “ASAN Radio”nun dəstəyi ilə ailə, qadın və uşaq məsələlərinin mediada işıqlandırılması ilə bağlı keçirilmiş sorğunun nəticələri açıqlanıb.
Sonda mediada ailə, qadın və uşaq məsələlərinin peşəkar işıqlandırılmasına görə jurnalistlərə diplom və mükafatlar təqdim edilib. Mükafat alanlar sırasında qəzetimizin əməkdaşı da var.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25

