Türkiyənin Aksaray vilayətində Qarabağ parkı açılıb
25.07.2017 [09:15]
Türkiyənin Aksaray vilayətində Qarabağ parkının və orada ucaldılan “Xarı bülbül” abidəsinin açılışı olub.
Bu münasibətlə təşkil olunan açılış mərasimində rəsmi şəxslər və yerli sakinlər iştirak ediblər.
Aksarayın mərkəzində yerləşən Qarabağ parkının salınması Milli Məclisin deputatı Qənirə Paşayevanın təşəbbüsü əsasında Aksaray bələdiyyə məclisinin qərarı ilə həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (İB) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ucaldılan “Xarı bülbül” abidəsinin müəllifi tanınmış heykəltəraş Akif Əsgərovdur.
Yalnız Qarabağda bitən, bülbülə oxşayan “Xarı bülbül” çiçəyi abidəsinin üzərində Xocalı faciəsinə görə fəryad edən ana təsviri, Xan qızı Xurşidbanu Natəvanın, böyük şair Vaqifin rəsmləri, muğam üçlüyü, Qarabağın, o cümlədən qədim Şuşanın tarixi yerləri öz əksini tapıb.
Açılış mərasimindən sonra “Qarabağdan Aksaraya könül körpüsü, Azərbaycan-Türkiyə qardaşlıq gecəsi” keçirilib.
Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva açılış mərasimində və gecədə çıxış edib.
O, Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı istiqamətində gördüyü tarixi xidmətlərdən, Prezident İlham Əliyevin Türkiyədə baş verən proseslərə göstərdiyi həssas münasibətdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyətindən danışıb. Qeyd edib ki, iki qardaş ölkə və xalq arasındakı münasibətlər bütün dünya üçün nümunədir.
Bu il iyul ayının 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Alxanlı kəndində yaşayış məntəqələrinin və mülki obyektlərin hədəflənmiş şəkildə və qəsdən atəşə tutulduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin gün qətlə yetirilən iki yaşlı Zəhra Quliyevanın fotosunu nümayiş etdirib, bu hadisəni amansız cinayət adlandırıb.
Tədbir Azərbaycandan olan musiqi qrupunun maraqlı ifalarından ibarət bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

