“Binəqədi Gənclər Evi”ndə “Poeziya Gecəsi” keçirilib
02.08.2017 [10:03]
Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi 4 aylıq “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihənin yekun tədbiri olaraq “Binəqədi Gənclər Evi”ndə “Poeziya Gecəsi” keçirilib.
Gənc şairlər İntiqam Yaşar və Ülkər Pirinin aparıcılığı ilə baş tutan tədbiri giriş sözü ilə açan DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı bildirib ki, “Yaradıcılıq üfüqləri: Gənc yazarlar üçün toplantıların təşkili” adlı layihə çərçivəsində bu il ərzində paytaxtın müxtəlif mədəniyyət ocaqlarında, eləcə də bölgələrdə, o cümlədən Bərdə və Şəmkirdə, Xırdalan və Sumqayıtda yaşayıb fəaliyyət göstərən yaradıcı gənclərlə, ədəbi ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirilib, habelə virtual fikir mübadiləsi aparılıb. Məhz bu cür görüşlər yeni imzaların üzə çıxarılmasına və onların respublika səviyyəli dövri nəşrlərdə, eləcə də DGTYB-nin mandatına uyğun olaraq, türk dünyası nəşrlərində çıxışlarına imkanlar açır.
Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov çıxışında rəhbərlik etdiyi qurumun daim gənclərin ideyalarının gerçəkləşməsi, istedadlı gənclərin aşkara çıxarılması kimi məsələlərdə yaxından iştirak etdiyini nəzərə çatdırıb, dövlətimizin apardığı uğurlu gənclər siyasəti sayəsində gənclərin öz ideya və yaradıcılıq potensialını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradıldığını vurğulayıb. E.Aslanov qeyd edib ki, təkcə Bakıda deyil, bölgələrimizdə də “Gənclər Evi”nin tikilib istifadəyə verilməsi və gənclərin orada müxtəlif tədbirlər keçirməsi buna örnək göstərilə bilər.
Millət vəkili, şair-publisist Musa Urud ədəbi mühitdə gənclərin rolundan söhbət açıb. Poeziya Gecəsində səsləndirilən şeirlərin məzmun və forması barədə fikir bildirən millət vəkili, gənclərin Qarabağ həsrətinin, vətənpərvərlik duyğularının ədəbiyyatımızda işıqlandırılmasının vacib olduğunu deyib. Bu baxımdan gənc yazarların üzərinə düşən mənəvi məsuliyyətin böyük olduğunu və parlaq imzaların ədəbiyyatımızın daha da canlanması üçün böyük töhfə olduğunu vurğulayıb, onlara uğurlar arzulayıb.
Sonra M.Urud DGTYB-yə yeni üzv olmuş iki gənc yazara üzvlük vəsiqəsi təqdim edib. Əməkdar jurnalist, yazıçı-publisist Azər Həsrət bölgələrimizdə yaşayıb yaradan istedadlı şairlərin bu cür yaradıcı tədbirlərə toplanması və yaradıcı mühitin formalaşmasını yüksək qiymətləndirib.
Poeziya axşamında paytaxtda, Abşeron və Sumqayıtda yaşayan gənc istedadlarla yanaşı, Balakən, Bərdə, Gədəbəy, Gəncə, Xaçmaz, Kürdəmir, Qazax, Quba, Masallı, Naxçıvan, Lerik, Saatlı, Salyan, Şamaxı, Şəmkir, Tovuz və başqa bölgələrimizi, habelə doğma Təbrizi təmsil edən gənc şairlər çıxış edib. Gənc aşıqlar Toğrul və Cavanşirin ifasında gözəl saz ifaları isə gecəyə başqa bir rəng qatıb.
Beləliklə, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslı, “Kitabevim.az”ın qurucusu dos. dr. Şəmil Sadiq, “Xan Xəzinəsi” kitab evinin başçısı Xan Rəsuloğludan ibarət münsiflər heyətinin qərarına əsasən səsləndirilən şeirlər arasından üçü seçilib və müəllifləri mükafatlandırılıb: Xaçmazdan Habil Rzanur birinci yerə, Kürdəmirdən Anar Gülümsoy ikinci yerə, Balakəndən Aygün Sadiq isə üçüncü yerə layiq görülüb. Habelə 5 nəfərə həvəsləndirici mükafatlar təqdim edilib. Fərqlənən iştirakçılara “Fəxri fərman”lar verilib.
Xəbər lenti
Hamısına baxGündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19

