Qaradağda Beynəlxalq Gənclər Günü münasibəti ilə tədbir keçirilib
14.08.2017 [10:19]
Dünən Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən Gənclər Evində Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Gənclər Birliyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Azərbaycan gəncliyi beynəlxalq miqyasda” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbiri giriş sözü ilə açan Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov Azərbaycanda gənclər hərəkatının tarixindən, müxtəlif tarixi mərhələlərdə gənclərin iştirakından danışıb. Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən natiqin sözlərinə görə, Ümummilli lider hər zaman gənclərin inkişafına, onların ictimai-siyasi proseslərdə iştirakına və idarəetmədə təmsilçiliyinin artırılmasına xüsusi diqqət göstərib.
Qeyd olunub ki, 1998-ci ilin 8-12 avqust tarixlərində Lissabonda gənclər sahələri üzrə nazirlərin görüşü olub və həmin dövlət məmurları tərəfindən qarşılıqlı beynəlxalq əməkdaşlıq sahəsində bir sıra razılaşmalar əldə edilib. Görüşün yekun iclasının keçirildiyi gün, yəni 12 avqust Beynəlxalq Gənclər Günü kimi dünya gənclərinin təqviminə daxil olub.
Rayon İcra Hakimiyyətinin əməkdaşı Səmayə Şıxəliyeva rayon gənclərini Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edərək onları ictimai-siyasi həyatda daha fəal iştirak etməyə çağırıb.
Gənclər adından çıxış edən Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının Gənclər Birliyinin sədri Ramiz Yusubov, fəal gənclər - Könül Əhmədova, Cavanşir Eyvazov, Vüsal Yusifov və digərləri onlara göstərilən etimada və dəstəyə, ölkə gənclərinin beynəlxalq gənclər hərəkatına inteqrasiyası üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Çıxışlarda həmçinin uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılmış şəraitdən danışılıb.
Tədbirin sonunda Beynəlxalq Gənclər Günü münasibətilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup gənc diplom və hədiyyələrlə mükafatlandırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

