Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
09.09.2017 [11:34]
Sentyabrın 8-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.
Şuradan AZƏRTAC-a bildiriblər ki, toplantını giriş sözü ilə açan sədr müavini, komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlərlə bağlı məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.
İclasda müzakirə edilən ilk məsələ “HGC Group” Məhdud Məsuliyyətli Cəmiyyətin “Dövrün nəbzi” informasiya portalına (dovrunnebzi.com) qarşı şikayəti olub. Qərara alınıb ki, sözügedən saytla əlaqədar məsələ ətraflı araşdırılmaq üçün Şuranın “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasının müzakirəsinə təqdim olunmalıdır.
Barələrindəki narazılıqların “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında araşdırılmasının zəruriliyinə dair rəy çıxarılan daha iki sayt “Nia.az” və “Reallıq.info”dur. Sözügedən informasiya vasitələri ilə bağlı şikayətin müəllifi Neftçala Elektrik Şəbəkəsidir.
“Azərkontrakt” Səhmdar Cəmiyyətinin “Avtomobil nəqliyyatı” Təsərrüfatının “Təzadlar” qəzetinə qarşı şikayəti ilə bağlı çıxarılan rəy bundan ibarət olub ki, cavabdeh kütləvi informasiya vasitəsi təqdim etdiyi materialda dəqiqləşdirmə aparmalıdır. Qəzetin baş redaktoru Asif Mərzili bu tələbin yerinə yetiriləcəyini vurğulayıb. Bununla da məsələ qapanmış hesab edilib.
İclasda müzakirə edilən növbəti məsələ vətəndaş Azər Xəlilovun “Azpolitika.info” saytında dərc edilmiş və digər informasiya portallarında da yer almış materialdan şikayəti olub. Bildirilib ki, narazılıq doğuran yazıda tənqid obyekti kimi seçilən şəxsin mövqeyinin öyrənilməməsi “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları”nın pozulduğunu şərtləndirən vacib məqamdır. Cavabdeh KİV-in belə yanaşması həmin materialın müxtəlif rakursdan dəyərləndirilməsinə əsas verir. Bu baxımdan şikayətçinin sözügedən saytın onun şəxsi həyatına müdaxilə etdiyinə, vaxtilə qabardılmış və məhkəmə tərəfindən yanlışlığı isbatlanmış məsələləri yenidən gündəmə gətirməklə qərəzli davranmasına dair iddiaları anlaşılandır. Bütün bunlar nəzərə alınaraq, “Azpolitika.info” saytına xəbərdarlıq olunub və gələcəkdə oxşar yanlışlıqlara yol verməmək tövsiyə edilib.
İmişli rayonundan bir qrup vətəndaşın “Həqiqət və reallıq” qəzetinə, həmçinin vətəndaş Əliyev Elnurun Kazımov Teymur Mərdan oğluna və Əliyeva Səidə Əkrəm qızına qarşı şikayətləri isə hər iki məsələnin artıq məhkəmə müstəvisində araşdırıldığı nəzərə alınaraq gündəlikdən çıxarılıb.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

