/ / Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə konfrans keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə konfrans keçirilib
22.09.2017 [10:19]
“Cənubi Qafqazın ən güclü siyasi təşkilatı olan, yarandığı vaxtdan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə və milli inkişaf konsepsiyasına sədaqət ruhunda fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası (YAP) sivil siyasi sistem əsasında müstəqil dövlətimizin qurulması və möhkəmlənməsinə, ölkəmizdə sosial-iqtisadi inkişafın təmin olunmasına yönələn misilsiz xidmətlərlə zəngin şərəfli bir yol keçib”.
AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibətilə nazirlikdə keçirilən konfransda vurğulayıb.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan S.Müslümov bildirib ki, 25 il bundan öncə, 1992-ci il noyabrın 21-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sədrliyi və tanınmış ziyalıların iştirakı ilə Naxçıvan şəhərində YAP-ın təsis konfransının keçirilməsi o zaman yeni müstəqillik qazanmış ölkəmizin bu müstəqilliyi itirmək təhlükəsindən xilas olmasına, ölkəmizin müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişməsinə aparan yolun bir başlanğıcı oldu. Həmin konfransda Ulu öndərimiz Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi: “1993-cü ilin iyun ayında - Azərbaycanın taleyinin sual altında qaldığı, bütün sahələri bürümüş ağır böhran şəraitində gələcəyə ümidlərin tükəndiyi bir vaxtda isə xalqın iradəsi ilə Ulu öndərimiz Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışı müasir tariximizin ən şərəfli səhifəsidir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən, qətiyyətli siyasəti, zəngin dövlətçilik təcrübəsi dövlət müstəqilliyimizin itirilməsi təhlükəsinin, vətəndaş qarşıdurmasının aradan qalxmasına, sivil əsaslar üzərində müstəqil dövlətin qurulması və möhkəmlənməsinə, sosial-iqtisadi inkişafın təmin edilməsinə və digər mühüm nailiyyətlərin əldə olunmasına imkan verib. Bu proseslərdə Ulu öndərimizin rəhbərlik etdiyi YAP həmişə ön cərgədə olması, daim xalqın maraq və mənafelərinin təminatı məramına əsaslanması ilə ümumxalq partiyası olduğunu təsdiq edib”.
Nazir diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyev tərəfindən, eyni zamanda, yeni iqtisadi münasibətlər şəraitində sosial inkişaf kursunun etibarlı təməli formalaşdırılıb. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri nəticəsində təkcə 1995-2003-cü illər ərzində pensiya və müavinətlərin 8 dəfə, muzdla işləyənlərin əməkhaqqının 6 dəfədən çox artmasına nail olunub. Əmək və sosial müdafiə sahəsində beynəlxalq normalara uyğun milli qanunvericiliyin yaradılması, bu sahənin müasirləşdirilməsi yönündə mühüm addımlar atılıb: “2003-cü ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, məqsədyönlü islahatlar proqramı ölkəmizin bütün sahələrdə yeni nailiyyətlərlə müşahidə olunan sürətli inkişaf mərhələsinə qədəm qoymasına səbəb olub”.
S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi, hazırda 700 mindən çox insanı sıralarında birləşdirən YAP bu gün də müstəqilliyimizin, demokratik, hüquqi, dünyəvi dövlətimizin möhkəmləndirilməsi, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunması proseslərində yaxından iştirak edir və bu, partiyaya ümumxalq inam və etimadının daim artması ilə müşahidə olunur: “Möhtərəm dövlət başçımızın qeyd etdiyi kimi, “Yeni Azərbaycan Partiyası ümumxalq partiyasına çevrilmişdir. Yarandıqdan bu günə qədər partiyamız çox böyük, şərəfli və uğurlu yol keçmişdir”.
YAP-ın sıralarının getdikcə genişləndiyini qeyd edən S.Müslümov YAP-ın nazirlik üzrə Salatın Əsgərova, 85 ilk ərazi təşkilatının da fəaliyyətini partiyanın siyasi xəttinə uyğun şəkildə qurduğunu diqqətə çatdırıb. Nazir YAP-ın nazirlik üzrə bütün üzvlərini partiyanın yaranmasının 25 illiyi münasibətilə təbrik edərək, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb.
Konfransda YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov partiyanın yaranması tarixindən bəhs edib. T.Əhmədov bu siyasi təşkilatın Ulu öndərimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursuna uyğun olaraq dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ölkəmizin hərtərəfli inkişafı istiqamətində xidmətlərini diqqətə çatdırıb.
Daha sonra çıxış edənlər ilk ərazi təşkilatının fəaliyyəti, təşkilatın ötən dövr ərzində həyata keçirdiyi tədbirlər, təşkilatda qeydiyyatda olan əməkdaşlarla aparılan işlər barədə məlumat veriblər. YAP-ın müasir Azərbaycanın ictimai-siyasi həyatındakı müstəsna rolundan, respublikamızın bütün sahələrdə inkişaf dinamikasına nail olunmasında onun tarixi xidmətlərindən, xalqın bu siyasi təşkilata yüksək etimadından bəhs ediblər.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

