/ / Naqif Həmzəyev: Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər
Naqif Həmzəyev: Dövlətin yaratdığı geniş imkanlar nəticəsində gənclər cəmiyyətin avanqard qüvvəsinə çevriliblər
22.09.2017 [10:22]
Dünya iqtisadiyyatı, elmi sürətlə inkişaf edir. Bu qloballaşma dövründə yaşıl iqtisadiyyata keçid, təbii resurslardan səmərəli istifadə, risklərin idarə olunması prioritet məsələlərdəndir. Məhz bu səbəbdən Azərbaycanda neft kapitalının insan kapitalına çevrilməsi faktoru xüsusi diqqət tələb edir. Bu məqsədlə silsilə tədbirlər, dövlət layihələri həyata keçirilir.
Son günlər gənclərin ümidlə izlədiyi “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı haqqında Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri, 38 saylı Nizami (Gəncə) İkinci Seçki Dairəsinin deputatı Naqif Həmzəyevin fikirlərini öyrəndik:
- Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayıb.
Ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsi Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb.
Ölkə başçısı cənab İlham Əliyevin sentyabr ayının 15-də imzaladığı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam gənclərə göstərilən dövlət qayğısının davamıdır.
Prezident cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Ölkə gəncləri də öz növbəsində bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, Vətənin inkişafı üçün səylə çalışmalı, Öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.
- Layihə çərçivəsində hansı tədbirlərin həyata keçiriləcəyi nəzərdə tutulub?
- Azərbaycanda dövlət gənclər siyasəti beynəlxalq müstəvidə bir modeldir. Bunu Azərbaycana gələn xarici qonaqlar xüsusi ilə vurğulayırlar. Dəfələrlə bildiriblər ki, gənclərlə iş sahəsində nəyisə öyrətməyə gəlmişdik, amma buradan nəsə öyrənib qayıdırıq.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq ölkədə gənclər siyasəti daha səmərəli həyata keçiriləcək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakı təmin ediləcək, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması dəstəklənəcək, gənc nəslin sağlamlığının qorunmasına, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqət daha da artırılacaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ediləcək, ölkədə könüllülük hərəkatı sürətləndiriləcək. Bu gün, Birinci vitse-prezident Mehriban Əliyevanın təyinatı ilə yeni struktur formalaşdı, Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı və müdiri Yusuf Məmmədəliyev təyin olundu. Gördüyünüz kimi, mərkəzi idarəetmə gücləndirilib, bir azərbaycanlı gənc və millət vəkili olaraq, ümid və gözləntilərim çoxdur.
- Bu ilk və yeganə Dövlət Proqramı deyil, 2005-ci il 30 avqust tarixində əsası qoyulan 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramının Azərbaycan gəncliyinə nə kimi faydası oldu?
- Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib. Məhz bunun nəticəsidir ki, Azərbaycan tarixinin hər bir mərhələsində olduğu kimi, 2005-2009-cu illərdə də gənclər aparıcı sosial-siyasi qüvvəyə çevrilib, müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak edərək tarixi nailiyyətlərə imza atıblar. Dövlətin diqqət və qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib.
- Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində beynəlxalq tədbirlər həyata keçirildi, gənclərin beynəlxalq əlaqələrini qurmaga, cəmiyyətə asan inteqrasiya olunmasına səbəb oldu. Gənclər rəhbər vəzifələrə təyin olundular - onlara etimad göstərildi. Könüllü ordusu formalaşdı. Sayca 3-cü Dövlət Proqramında gəncləri hansı xoş sürprizlər gözləyir?
- 2011-2015-ci illəri əhatə edən Dövlət Proqramı Gəncə şəhərində də fəallıqla həyata keçirilib. Şəhərimiz MDB məkanında ilk olaraq “Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin qalibi olan şəhər kimi tanınıb. Gəncə həm də Avropa İttifaqına daxil olmadan bu titulu əldə edən ölkəmizin ilk şəhəri olaraq dünyaya nümunə olub. Bu möhtəşəm uğur təsadüfi əldə edilməyib. Şəhərimiz 2012-ci ildə ölkəmizin ilk “Gənclər paytaxtı” olub. Gəncə gəncliyin dövlətə, dövlətçiliyə sədaqət sahəsində həqiqi örnək, nümunə olduğunu öz əməli fəaliyyətləri ilə nümayiş etdirib. Ötən il ərzində şəhərimizdə ilk dəfə olaraq yüzlərlə yerli və beynəlxalq miqyaslı layihələr həyata keçirilib. Gəncə gəncləri ilk dəfə ölkəmizdə keçirilən “Avropa Gənclər Festivalı”, “Türkdilli ölkələrin Gənclər Festivalı”, “Avropa şəhərciyi” beynəlxalq layihəsi, bundan əlavə, “Tarixin canlı səhifələri” beynəlxalq gənclər festivalı kimi əhəmiyyətli tədbirlərin iştirakçısı olmaqla bərabər, həm də bu layihələrin təşkilatçısı qismində öz töhfələrini verə biliblər. Bu iştirak yalnız elm, təhsil, idman, mədəniyyət, səhiyyə sahələrini əhatə etmir, həm də müasir dünyada ölkəmizin vizit kartına çevrilən tolerantlıq, multikultural dəyərlərimizin beynəlxalq ictimaiyyətə çatdırılmasına da imkan verir. Könüllülük, şəhərin bütün ictimai-mədəni işlərində fəallıqla iştirak Gəncə gəncliyinin nümunəvi işinin göstəricidir.
Gənclərin rəhbər vəzifələrə təyin olunmasına gəldikdə isə, gənclərin dövlət işində irəli çəkilməsi təkcə mərkəzi dövlət strukturunda reallaşdırılmır. Bu iş paralel olaraq regionlarda da həyata keçirilir.
- Gənc ailə institutunun möhkəmlənməsi üçün maliyyə bazasının olması önəmli faktorlardandır. Xüsusilə mənzil prioritet problemlərdəndir. Gənclər üçün daha əlverişli şəraitin yaradılması nəzərdə tutulubmu?
- Azərbaycan gəncliyinin qarşısında duran yeni hədəflər açıqlandıqca dövlətin gənclərə diqqət və qayğısı da ilbəil artır və konkret nəticələrlə müşahidə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunan “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsinə dair Tədbirlər Planında gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, onların həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirlər qədim Gəncədə də uğurla həyata keçirilir. Nizami yurdunda gənclərin mənzil probleminin həlli istiqamətində yeni layihələr həyata keçirilməsi diqqət mərkəzindədir.
- Həyatda müstəqil addımlamaq üçün işlə təmin olunma əsas şərtlərdəndir. Gənclərin məşğulluğu ilə bağlı hansı tədbirlər planı nəzərdə tutulub?
- İlbəil, aybaay deyil, günbəgün dəyişən, gözəlləşən Nizami yurdunda gənclərin məşğulluğunun təmini ilə bağlı bir sıra işlər görülür. Şəhərdə geniş vüsət alan abadlıq-quruculuq işləri sayəsində yeni iş yerləri açılır. Tikintisi başa çatmaq üzrə olan “Grand Qafqaz” Ticarət Mərkəzində və Gəncə MALL-da minlərlə gənc işlə təmin ediləcək.
Xəbər lenti
Hamısına baxDünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42
Dünya
06 May 21:39
Elanlar
06 May 21:17
Dünya
06 May 21:15
Gündəm
06 May 21:05
Dünya
06 May 20:43
Siyasət
06 May 20:34
YAP xəbərləri
06 May 20:33
İqtisadiyyat
06 May 20:30
Dünya
06 May 20:17
Dünya
06 May 19:52
Dünya
06 May 19:25
Dünya
06 May 19:10
YAP xəbərləri
06 May 18:43
YAP xəbərləri
06 May 18:36
YAP xəbərləri
06 May 18:07
Xəbər lenti
06 May 18:04
Sosial
06 May 17:01
Sosial
06 May 17:00
Sosial
06 May 16:59
Sosial
06 May 16:59
Sosial
06 May 16:58
Sosial
06 May 16:58
İqtisadiyyat
06 May 16:57
YAP xəbərləri
06 May 16:50

