Dünya Bankının təhsil missiyası UNEC-də
23.09.2017 [10:37]
Azərbaycanda səfərdə olan Dünya Bankının təhsil missiyasının nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olublar. UNEC-dən bildirilib ki, Dünya Bankının proqram rəhbəri Lire Ersado və baş iqtisadçıları İqor Xeyfets ilə Katia Herrera Sosa universitetin rektoru, professor Ədalət Muradovla görüşüblər.
Qonaqlar bildiriblər ki, səfərin məqsədi Azərbaycanın hökumət tərəfdaşları ilə ali təhsil sektorunun ölkənin iqtisadi inkişafına töhfəsinin gücləndirilməsi imkanlarını müzakirə etmək, sektorun innovasiya və özəl sektorun inkişafı üçün hazırlığını qiymətləndirməyə təşəbbüs göstərməkdir. Onlar bu istiqamətdə görüləcək işlər üçün UNEC-in pilot universitet seçildiyini bildiriblər. Ölkə iqtisadiyyatında ali təhsil müəssisələrinin əhəmiyyətindən bəhs edərək, UNEC-lə əməkdaşlığın faydalı olacağını diqqətə çatdırıblar.
Belə önəmli bir missiyanın yerinə yetirilməsində UNEC-in pilot universitet kimi seçilməsindən məmnunluğunu ifadə edən Ə.Muradov əməkdaşlığa hazır olduqlarını bildirib. O, qonaqlara UNEC-in tarixi, beynəlxalq əlaqələri və tədris prosesi haqqında ətraflı məlumat verib.
Universitetin biznes qurumları ilə əlaqələrindən bəhs edilən görüşdə Azərbaycanda ilk dəfə olaraq UNEC-də yaradılan İnnovativ Biznes İnkubatorun (İBİ) fəaliyyətinə diqqət çəkilib. Burada 11 tələbə startapı olduğu qeyd edilib. Üç startap layihəsinin “Enactus” beynəlxalq proqramının “WorldCup” yarışına vəsiqə qazanması qonaqların xüsusi diqqətini cəlb edib.
Görüşdə Azərbaycanda ilk dəfə UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun SOCAR-ın sifarişi əsasında həyata keçirdiyi “Azərlayt” neftinin dünya bazar qiymətinin proqrozlaşdırılması modelinin hazırlanması təqdirəlayiq hesab edilib.
UNEC-də ixraca dəstək və biznes qurumları ilə əlaqələri genişləndirmək məqsədilə görülən işlərdən bəhs edən rektor Xarici Ticarətə Dəstək və Digital Marketinq mərkəzlərinin yaradıldığını bildirib. O, Xarici Ticarətə Dəstək Mərkəzinin ixrac sahəsində sahibkarların və ixracatçıların dəstəklənməsi, onlara məsləhət xidmətlərinin göstərilməsi işlərinin təşkilini həyata keçirəcəyini qeyd edib. Digital Marketinq Mərkəzinin isə qeyri-neft ixracını həyata keçirən şirkətlər üçün vaxt və maliyyə xərclərinə qənaət etməklə digital marketinq vasitəsilə xarici bazarların operativ, etibarlı və spesifik araşdırmalarını aparacağını vurğulayıb.
Görüşdə UNEC-lə biznes sektorunun münasibətlərinin genişləndirilməsi və daimi xarakter alması, iş dünyasının marağına səbəb olacaq layihələrin işlənib hazırlanması istiqamətində müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35

