Azərbaycan-Rusiya sərhədindəki Samur çayının üzərində avtomobil körpüsünün təməli qoyulub
19.10.2017 [10:22]
Oktyabrın 18-də Azərbaycan- Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə start verilib.
AZƏRTAC xəbər verir ki, təməlqoyma mərasimi Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiyanın nəqliyyat naziri Maksim Sokolov, Dağıstanın rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev və Azərbaycan rəsmiləri iştirak ediblər.
Mərasimdə çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən siyasət nəticəsində ölkədə bütün sahələrdə, o cümlədən nəqliyyat sektorunda davamlı inkişaf müşahidə olunur.
“Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin, məsələn, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Şimal-Cənub” nəqliyyat dəhlizinin və s. həyata keçirilməsində fəal iştirak edir. Həmçinin Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasını da qeyd etmək lazımdır. Rusiya tərəfi ilə birgə həyata keçirilən Samur çayı üzərində körpünün qurulması da Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinin tərkib hissəsidir”, - deyə nazir qeyd edib.
R.Quluzadə vurğulayıb ki, bugünkü hadisə xüsusi əhəmiyyəti ilə seçilir və birgə həyata keçirilən işlərin məntiqi yekunudur.
Nazir Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2013-cü ildə Azərbaycana rəsmi səfəri zamanı digər sənədlərlə yanaşı, sərhədyanı Samur çayı üzərində yeni körpünün tikintisi üzrə hökumətlərarası sazişin imzalandığını xatırladaraq, bunu dövlətlərimizin başçıları tərəfindən iki ölkənin nəqliyyat sahəsində əməkdaşlığına göstərilən yüksək diqqətin bariz nümunəsi kimi xarakterizə edib.
“Əminəm ki, Samur çayı üzərindən körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək. Bundan başqa, çayın hər iki tərəfində qohumluq əlaqələri olan insanlar yaşayırlar. Buna görə körpü həm də böyük sosial əhəmiyyətə malik olacaq”, - deyə R.Quluzadə bildirib.
Rusiyanın nəqliyyat naziri Maksim Sokolov çıxışında bildirib ki, bu gün təməli qoyulan körpü müasir standartlara cavab verəcək. 2019-cu ildə körpünün istifadəyə verilməsi ilə ölkələrimiz arasında əlaqələrin daha da rahatlaşacağını bildirən M.Sokolov bu körpünün həm də insanların Rusiya və Azərbaycana asan gediş-gəlişi üçün böyük əhəmiyyətini qeyd edib: “Bu gün biz tarixi hadisəyə şahidlik edirik. Bu layihənin reallaşdırılması istiqamətində xeyli müddətdir iş gedir. Hesab edirəm ki, körpünün salınması Rusiya və Azərbaycanın ticarət əlaqələrinə, eləcə də, hər iki ölkənin iqtisadiyyatına töhfələr verəcək”.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin çıxışında ölkələrimiz arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrindən danışıb. O, həyata keçirilən infrastruktur layihələrinin bu əlaqələrin daha da genişləndirilməsi baxımından mühüm rolunu qeyd edib.
Məlumat üçün bildirək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş tikilini əvəzləyəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.
Qeyd edək ki, həmin gün Azərbaycan Respublikasının Hökuməti və Rusiya Federasiyasının Hökuməti arasında Samur buraxılış məntəqəsi (Azərbaycan Respublikası) və Yaraq-Qazmalar buraxılış məntəqəsi (Rusiya Federasiyası) ərazisində Samur çayı üzərindən körpünün inşası haqda Sazişə dəyişikliklər edilməsinə dair Protokol da imzalanıb.
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

