Azərbaycan Konqreslər Bürosu və AZAL Bakı Şopinq Festival müddətində sərfəli turlar təşkil edir
20.10.2017 [10:14]
2014-cü ilin sonlarından dünya bazarında qara qızılın qiymətinin kəskin ucuzlaşması ilə bağlı yaranan yeni çağırışlar Azərbaycanda da iqtisadi inkişaf istiqamətində müəyyən addımların atılmasını zəruri edib. Bu mənada, ölkədə əsas diqqət qeyri-neft sektorunun inkişafını təmin etməklə iqtisadi artım dinamikasının yüksəlməsinə, eyni zamanda yeni iqtisadi islahatlarla mövcud potensialın dəstəklənməsinə yönəlib. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də Bakıda Şopinq Festivalların keçirilməsidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 1 sentyabr 2016-cı il tarixli sərəncamında da Bakı Şopinq Festivalına xüsusi yer ayrılıb.
Milli.Az bildirir ki, ildə iki dəfə keçirilməsi nəzərdə tutulan Şopinq Festivalının birincisi bu ilin aprel-may aylarında baş tutub, nəticə isə kifayət qədər uğurlu olub. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, festivalın keçirilməsindən dövlət büdcəsinə 5,6 milyon manat vəsait daxil olub. Bundan başqa, təkcə aprel ayı ərzində ölkəyə 187,577 turist gəlib. Bu rəqəm 15 hədəf ölkə üzrə ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur. May ayının ilk 10 günündə isə ölkəyə 70,776 turist səfər edib və bu, 15 hədəf ölkə üzrə ötən ilin analoji dövrü ilə müqayisədə 32% artım deməkdir.
İlk festivalın bütün üstünlükləri və müəyyən çatışmazlıqlar bütövlükdə nəzərdən keçirilib və ikinci Şopinq Festivalının həm ölkəyə gətirəcəyi gəlir, həm də turist sayının çoxluğu baxımından bir sıra işlər görülüb. Bu dəfəki festival öz yenilikləri ilə yadda qalacaq və ölkəyə daha çox turist cəlb edəcək.
AZAL və Azərbaycan Konqreslər Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycana ucuz tur paketlərin təşkili məhz buna hesablanıb. Hazırda bu kampaniya çərçivəsində 10 şəhərdən Bakıya bazar qiymətinə nisbətən daha münasib qiymətlərlə tur paketlər təklif edilir. Bu tur paketlərlə ölkəyə səfər edənlər festival müddətində etdikləri alış-verişin ƏDV-nin bir qismini geri almaqla yanaşı, həm də təşkil olunacaq müxtəlif daxili turlar sayəsində öz istirahətlərini daha da maraqlı edə bilərlər.
Turların təklif etdiyi uçuş istiqamətləri və otellər haqqında aşağıdakı cədvəldə ətraflı məlumat ala bilərsiniz.
Daha ətraflı +99455 253 63 45 nömrəsi ilə əlaqə saxlaya və ya info@azcb.com e-mail ünvanına yaza bilərsiniz.Qeyd edilən turlara sığorta, transfer, şopinq turlarda iştirak da daxildir. Turlar “Silkway Travel” şirkətinin platforması üzərindən çalışan turizm şirkətləri vasitəsilə satışa təqdim edilib.
Qeyd edək ki, ikinci Şopinq Festival oktyabrın 15-dən start götürüb. Noyabrın 15-dək davam edəcək festivalda yerli və bir sıra xarici ölkələrin ticarət markaları təmsil olunacaq. 500-dən çox müəssisənin iştirak etdiyi bu festival çərçivəsində alıcılara xüsusi endirimlər təqdim olunacaq. Dünya təcrübəsində ilk dəfə olaraq yalnız Azərbaycanda festival çərçivəsində əcnəbilərlə yanaşı, Azərbaycan vətəndaşları da “Tax Free” sistemindən yararlana biləcəklər. Belə ki, bir ay ərzində üzərində “Baku Shopping Festival - Tax Free” stikeri olan mağazalardan 100 manatdan çox alış-veriş edən Azərbaycan vətəndaşları aldıqları malların əlavə dəyər verigisinin (ƏDV) bir qismini əldə edə biləcəklər.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07

