/ / Professor Əziz Əliyev: Bu müqavilə Prezident İlham Əliyevin düşünülmüş sosialyönümlü siyasətinin nəticəsidir
Professor Əziz Əliyev: Bu müqavilə Prezident İlham Əliyevin düşünülmüş sosialyönümlü siyasətinin nəticəsidir
20.10.2017 [10:21]
Bu gün Azərbaycan Milli Onkologiya Mərkəzi üçün əlamətdar gündür. Şüa terapiyası zamanı xəstələrin immobilizasiyasını və yerləşdirilməsini təmin edən sistem və avadanlıqların dünyada tanınmış təchizatçısı olan Belçikanın “Orfit Industries” şirkəti ilə uzunmüddətli (5 illik) əməkdaşlıq haqqında müqavilə imzalanıb. Bu müqaviləyə əsasən Milli Onkologiya Mərkəzi referens-mərkəz statusu alıb.
AZƏRTAC xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev bunu jurnalistlərə müsahibəsində açıqlayıb. Professor Ə.Əliyev deyib: “Bu saziş tərəfdaşlar arasında əməkdaşlığı daha da genişləndirməyə, Azərbaycanda ən yeni texnologiyaların qısa müddətdə tətbiq edilməsinə imkan verəcək, xarici mütəxəssislərlə təcrübə və fikir mübadiləsini gücləndirməyə şərait yaradacaq. Bundan əlavə, imzalanmış saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən xidmətlərin yüksək səviyyəsinin bu sahədə dünyanın digər aparıcı klinikaları və şirkətləri tərəfindən etiraf olunmasını təsdiq edir. Azərbaycan Onkologiya Mərkəzinə tədris-sınaq mərkəzi statusu verilməsi ilk dəfə deyil. Belə ki, 2014-cü ilin oktyabr ayında Milli Onkologiya Mərkəzi ilə Amerikanın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları layihələşdirən və istehsal edən “Varian Medikal Sistem” şirkəti arasında əməkdaşlıq haqqında saziş imzalanıb və beləliklə, Milli Onkologiya Mərkəzi rəsmən referens-mərkəz statusu alıb. Daha sonra, 2015-ci ilin noyabr ayında Azərbaycan Milli Onkologiya Mərkəzi ilə M.D.Anderson adına Onkoloji Mərkəz (MD Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb”.
Ə.Əliyevin sözlərinə görə, beynəlxalq tədris-sınaq mərkəzi statusu yalnız ən müasir tibbi avadanlıqla təchiz edilmiş, xəstələrin diaqnostikası və müalicəsi sahəsində zəngin təcrübəyə malik yüksəkixtisaslı mütəxəssisləri olan klinikalara verilir.
Professor Əziz Əliyev sonda deyib: “Dövlət başçısının diqqəti və qayğısı sayəsində hazırda bizim Mərkəz ən yeni tibbi texnika ilə, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz olunub, onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi problemi aradan qaldırılıb. Bu gün zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik olan Milli Onkologiya Mərkəzi dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksəkkeyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını, belə xəstələrin müasir cərrahi üsullarla, şüa terapiyası və dərmanlarla müalicəsini həyata keçirir, mövcud müalicə metodlarının daha da təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi araşdırmalar aparırlar. Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurla həyata keçirilən, hərtərəfli düşünülmüş sosialyönümlü siyasətin nəticəsidir. Bu siyasət sayəsində ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanalar tikilməsi, mövcud tibb müəssisələrinin yenidən qurulması prosesləri geniş vüsət alıb”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32

