/ / Olqa Savran: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik beynəlxalq standartlara tam uyğundur
Olqa Savran: Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində mövcud qanunvericilik beynəlxalq standartlara tam uyğundur
26.10.2017 [10:22]
Azərbaycan ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında səmərəli əməkdaşlıq əlaqələri var. Bu əməkdaşlıq Azərbaycanın 2003-cü ildə İstanbul Antikorrupsiya Fəaliyyət Planına qoşulmasından sonra xeyli möhkəmlənib.
AZƏRTAC xəbər verir ki, bu fikri OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin (ACN) meneceri xanım Olqa Savran jurnalistlərə müsahibəsində deyib.
O.Savran bildirib: “Fəaliyyət Planına əsasən, Azərbaycan Hökuməti ölkədə antikorrupsiya vəziyyətinin monitorinqini aparmalı və bu sahədə qanunvericiliyin beynəlxalq standartlara uyğunluğunun hansı səviyyədə olduğunu, həmçinin ölkədə antikorrupsiya siyasətinin inkişafı vəziyyətini müəyyən etməli idi. Əminliklə deyə bilərik ki, son on il ərzində Azərbaycanda bu sahədə ciddi uğurlar əldə olunub. Ölkənizdə mövcud qanunvericiliyin beynəlxalq standartlara tam uyğunluğu təqdirəlayiq haldır”.
OECD-nin üzv və tərəfdaş ölkələrdə hüquq mühafizə orqanları işçilərinin antikorrupsiya məsələləri ilə bağlı bilik və bacarıqlarının artırılmasına xüsusi diqqət yetirdiyini diqqətə çatdıran qonaq bu baxımdan Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında keçirilən OECD-nin Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsinin Hüquq Mühafizə Orqanları Şəbəkəsinin “Korrupsiya cinayətlərinin istintaqı və cinayət təqibi: cinayət yolu ilə əldə edilmiş gəlirlərin müsadirəsi, əmlakın bərpası və prokurorların müstəqilliyi” mövzusunda 8-ci görüşünün əhəmiyyətini xüsusi vurğulayaraq bildirib: “Bu mühüm tədbirin yüksək səviyyədə təşkil olunması Azərbaycan Hökumətinin korrupsiyaya qarşı mübarizə işinə göstərdiyi diqqətin daha bir sübutudur. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin təcrübəli və peşəkar kollektivi var və biz bu qurumun səmərəli fəaliyyəti ilə bağlı məruzəni dinləməkdə maraqlıyıq”.
O.Savran xüsusi vurğulayıb ki, bu gün Azərbaycan korrupsiyaya qarşı təkcə ölkə daxilində mübarizə aparmaqla kifayətlənmir, bu sahədə beynəlxalq əməkdaşlığa da böyük əhəmiyyət verir. Bu gün Bakıda keçirilən tədbirdə müxtəlif ölkələri və aidiyyəti qurumları təmsil edən mütəxəssislər korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli müzakirələr aparır, təcrübələrini bölüşürlər. Ümidvaram, bu tədbir korrupsiyaya qarşı mübarizədə prokurorlar və hüquq mühafizə orqanlarının əməkdaşları üçün çox səmərəli olacaq.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

