Bakı Metropoliteninin 50 illik yubileyi qeyd olunub
09.11.2017 [01:47]
Bakı Metropoliteninin istismara verilməsinin 50 ili və 8 noyabr - Metropoliten işçilərinin peşə bayramı günü münasibətilə təntənəli yubiley tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakı Metropoliteninin yubileyi ilə əlaqədar tədbirdə dövlət və hökumət nümayəndələri, Beynəlxalq “Metro” Assosiasiyasının və Beynəlxalq İctimai Nəqliyyat İttifaqının (BİNİ), “Bakı Metropoliteni” QSC ilə əməkdaşlıq edən aparıcı təşkilatların səlahiyyətli nümayəndələri tədbirdə iştirak ediblər.
“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov Bakı Metropoliteninin 50 illik yubiley təntənəsinə təşrif buyurduqlarına və bayram sevincini bölüşdüklərinə görə qonaqlara minnətdarlığını bildirib. Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib.
İdarə heyətinin sədri metropoliten işçilərinin çətin, eyni zamanda şərəfli əməyinin dövlət başçısı tərəfindən daim yüksək qiymətləndirildiyini qeyd edərək, çıxış üçün sözü Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədova verib. Əli Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yubiley iştirakçılarına ünvanlanmış müraciətini səsləndirib.
Tədbir iştirakçıları Bakı Metropoliteninin dünəni, bu günü və sabahı ilə bağlı filmə tamaşa ediblər. Filmdə metropolitenin tarixi ilə yanaşı, istər Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə, istərsə də müstəqillik dövründə Ümummilli lider Heydər Əliyevin metropolitenin inkişafına, genişlənib böyüməsinə göstərdiyi diqqət, metropolitençi əməyinə verdiyi yüksək qiymətdən bəhs olunub. Həmin ənənələrə sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər müasir dövrün tələblərinə uyğun inşa olunub sakinlərin istifadəsinə verilən yeni stansiyalar, həmçinin istismarda olan mövcud stansiyaların yenidən qurulması haqqında süjetlər filmdə yer alıb.
Yubiley tədbiri “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynovun hesabat çıxışı ilə davam edib. İdarə heyətinin sədri çıxışında Bakı Metropoliteninin yarım əsrlik fəaliyyəti dövründəki parlaq inkişaf tarixindən, bu illər ərzində metropolitenin inkişafı naminə dövlətin qayğısı və diqqətindən ətraflı bəhs edib. O, 2008-ci ildə metropolitenin inkişafına dair dövlət proqramının hazırlanması, həmçinin 2011-ci ildə perspektiv inkişaf planını və müvafiq Dövlət Proqramını təsdiq edən sərəncamların imzalanmasını xüsusi qeyd edərək, bunu yeraltı yollarımızın inkişafına istiqamətverici töhfə adlandırıb.
İdarə heyətinin sədri bildirib ki, 2014-cü il fevralın 27-də dövlət başçısının Sərəncamı ilə “Bakı Metropoliteni” QSC-nin yaradılması həm metro istismarının, həm də inşaat işlərinin bir mərkəzdə cəmlənməsinə, bu iki mürəkkəb sahədə daha nizamlanmış, ardıcıl və keyfiyyətli iş aparılmasına, hər sahədə təchizatın gücləndirilməsinə, müasir standartlara cavab verən texnologiyaların geniş tətbiqinə şərait yaradıb.
Dövlətin daimi qayğısının və diqqətinin hər bir metropolitençini daha əzmlə və fədakarlıqla çalışmağa ruhlandırdığını bildirən QSC sədri metro veteranlarının əməyini və zəhmətini xüsusi vurğulayıb. O, tədbirdə iştirak edən bir qrup veteranı da yubiley günü münasibətilə səmimi qəlbdən təbrik edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla bir qrup metropolitençinin “Şöhrət” ordeni, “Əməkdar mühəndis” fəxri adına və “Tərəqqi” medalına layiq görülməsi və veteran işçilərə Azərbaycan Respublikasının fərdi təqaüdünün verilməsi qeyd edilərək sərəncamların mətni oxunub.
Sonra Zaur Hüseynov sözü “Transmaşholdinq” ASC-nin direktorlar şurasının sədr müavini Andrey Vasilyevə verib.
O, Bakı Metropoliteni ilə əməkdaşlığın tarixi köklərindən bəhs edərək, bu sahədə əvəzsiz köməkliyi olmuş Ümummilli lider Heydər Əliyevin xüsusi diqqət və qayğısından danışıb və metropolitençiləri yubiley münasibətilə təbrik edib.
Tədbirdə “Metro” Beynəlxalq Assosiasiyasının fəxri prezidenti İvan Besedin Bakı metropoliteninin son 5 ildə keçdiyi inkişaf yolunu müqayisəli şəkildə təhlil edib, həm əldə olunan nailiyyətlər, həm də perspektiv baxımından Bakı metropoliteninin qabaqcıl bir təşkilata çevrildiyini qeyd edib. O, bu nəhəng yeraltı şəhəri ərsəyə gətirənlərin əməyinə dərin təşəkkürünü ifadə edərək, onlara, eləcə də metropolitenə dövlət tərəfindən yüksək səviyyədə göstərilən qayğı və diqqəti nümunəvi adlandırıb.
Tbilisi Nəqliyyat Şirkətinin texniki direktoru Levan Mexrişvili çıxışında Azərbaycanla Gürcüstan arasında qonşuluq və qardaşlıq əlaqələrinin möhkəm olduğunu bildirib. O, son illərdə Bakının simasının dəyişib böyüdüyünü, bu xüsusda Bakı metrosunun rolunun artdığını və inkişaf tempi ilə diqqət çəkdiyini vurğulayıb.
Tədbiri yekunlaşdıran “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov metropolitençilərin bundan sonra da dövlətin yüksək etimadını doğruldacağına, bacarıq və qüvvəsini əsirgəməyəcəyinə əminliyini ifadə edib.
Bakı Metropoliteninin istismara verilməsinin 50 ili və metropoliten işçilərinin peşə bayramı münasibətilə bir daha kollektivə təbrikini çatdıran idarə heyətinin sədri hər bir metropolitençiyə möhkəm cansağlığı, doğma Vətənimizin qüdrəti və çiçəklənməsi naminə işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, kütləvi sərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət kəsb edən Bakı Metropoliteni 50 il əvvəl noyabrın 6-da fəaliyyətə başlayıb və elə o vaxtdan təqvimin o günü Bakının tarixinə əlamətdar hadisə kimi daxil olub.
İlk buraxılış mərhələsində 5 stansiyadan “İçərişəhər”, “Sahil”, “28 May”, “Gənclik” və “Nəriman Nərimanov” metro stansiyalarından ibarət 9,2 kilometrlik yeraltı xətdən ibarət olan Bakı Metropoliteninin hazırda 36,6 kilometr uzunluğunda 3 xətti, 25 stansiyası və 1 elektrik deposu var.
Paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı dəmiryolu şəhər nəqliyyatı sistemində layiqli yerini tutaraq sevilən ictimai nəqliyyat növünə çevrilib.
Bakı Metropoliteninin zəhmətkeş kollektivinin əməyi dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 oktyabr 2006-cı il tarixli Fərmanı ilə noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi təsdiq olunub.
Xəbər lenti
Hamısına baxElm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29

