/ / “Ölkələrimizin inkişafından güc alan Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün bir nümunə təşkil edir!”
“Ölkələrimizin inkişafından güc alan Türkiyə-Azərbaycan qardaşlığı dünya üçün bir nümunə təşkil edir!”
09.08.2018 [08:59]
Cihan Özdəmir: Bakı Yunus Əmrə İnstitutu öz fəaliyyəti ilə eyni zamanda “Bir millət, iki dövlət” fəlsəfəsinin təbliğinə dəstək verir
Artıq 10 ilə yaxındır ki, Türkiyənin, türk dilinin və mədəniyyətinin dünyada daha yaxından tanıdılması və təbliğinə xidmət edən Yunus Əmrə İnstitutu adlı qurum uğurla fəaliyyət göstərir. Məlumat üçün bildirək ki, bu institut öz əsasını Yunus Əmrə Vəqfindən götürüb. Yəni öncə Yunus Əmrə Vəqfi qurulub. 05.05.2007-ci il tarixli və 5653 saylı qanunla qurulmuş Vəqfin nəzdində isə Yunus Əmrə İnstitutu formalaşdırılıb. Bu institutun məqsədi xaricdə yaratdığı mərkəzlərdə əcnəbilərə türkcə təhsil verməklə yanaşı, Türkiyənin tanıdılması məqsədilə mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərmək, Türkiyənin digər ölkələrlə mədəni əlaqələrini, dostluğunu inkişaf etdirmək, eyni zamanda, elmi fəaliyyətlərə dəstək verməkdir. İlk təmsilçiliyi 2009-cu ildə Bosniya və Herseqovinanın Sarayevo şəhərində açılan, hazırda dünyanın 46 ölkəsində 56 şöbəsi olan Yunus Əmrə İnstitutu Azərbaycanda da uğurla fəaliyyət göstərir. Elə hazırda Bakı Yunus Əmrə İnstitutuna rəhbərlik edən Cihan Özdəmirlə söhbətimizdə də əsasən bu fəaliyyətə işıq salmağa çalışdıq. Həmin məqama keçməzdən öncə isə vurğulayaq ki, Cihan Özdəmiri öz elmi-pedaqoji fəaliyyətinə, türklüyə, türk dilinin inkişafına xidmətinə görə Yunus Əmrə yolunun sadiq davamçılarından biri kimi dəyərləndirmək olar.
Kiçik qəsəbədən bütün dünyaya boylanan türklük sevdalısı
Beləliklə, 1957-ci ildə Ankaradan 70 km məsafədə yerləşən Kırıkkale ilçəsində anadan olan C.Özdemir orta məktəbin ilk illərini orada oxusa da, sonra atasının təyinatı ilə əlaqədar orta təhsilini Ankarada davam etdirib. 1980-ci ildə Ərzurum Atatürk Universitetinin türk dili və ədəbiyyatı fakültəsindən məzun olduqdan sonra Milli Təhsil Nazirliyi tərəfindən Ərzurum liseyinə müəllim olaraq təyinat alıb. Növbəti illərdə Qarsda və Ankarada liseylərdə işləyən C.Özdəmir 1984-cü ildə Qazi Universitetində magistr dərəcəsi almaq üçün Hüseyn Cavidin yaradıcılığı mövzusuna müraciət edib və 1987-ci ildə bitirib. Ege Universitetində işə başlayan C.Özdəmir elə həmin il Pakistana, Lahor şəhərindəki Pəncab Universitetinin türkcə bölümündə işləməyə gedib. Orada 4 il işlədikdən sonra yenidən Ege Universitetinə qayıdıb və Türkiyənin tanınmış tarixi roman yazarı Nihat Atsızın romanlarının araşdırmasına həsr edilən doktorluq dissertasiyası üzərində işə başlayıb. Bu müddət ərzində Ege, Kırıkkale, sonra da Qazi Universitetində işləyib və 2002-ci ildə doktorluq dissertasiyasını bitirib. Doktorluğu müdafiə etdiyi il Qırğızıstanın Bişkek şəhərində Türkiyə ilə Qırğızıstanın birgə qurduqları Manas Universitetinin Türkologiya bölümünə təyinat alan C.Özdəmir eyni zamanda orada dil tədrisi şöbəsinin rəhbəri olub. Türkiyəyə döndükdən sonra təqaüdə çıxan Cihan Özdəmir bir il yarım Avrasiya Yazarlar Birliyində çalışıb.
Yunus Əmrə yolunun davamçılarından biri
Müsahibim deyir ki, onun Yunus Əmrə İnstitutu ilə yollarının birləşməsi də məhz həmin vaxta təsadüf edir: “Hazırda bizim Yunus Əmrə İnstitutunun həyata keçirdiyi Türkologiya layihəsi var. Bu layihəni o zaman TİKA həyata keçirirdi. O layihə çərçivəsində Dehlidəki Camia Milliyə İslamiyyə Universitetində türkcə kursları vermək üçün 2009-cu ildə Hindistana getdim və 3 il orada fəaliyyət göstərdim. Həmin vaxt Hindistanda yüzlərlə universitet olsa da, heç birində Türkologiya bölümü yox idi və 3 il cəhd göstərdikdən sonra Camia Milliyə İslamiyyə Universitetində bu bölümün yaradılmasına nail oldum”.
Söhbətimizin bu məqamında Yunus Əmrə İnstitutunun qurulma səbəbinə toxunan C.Özdəmir dedi ki, öz dilini və mədəniyyətini dünyada tanıtmaq istəyən bir çox ölkə bu tip institutlar yaradır: “Biz də bu institutun ilk təmsilçiliyini Bosniya və Herseqovinanın Sarayevo şəhərində açdıq. Yəni hardasa 10 ilə yaxındır Yunus Əmrə İnstitutu fəaliyyət göstərir. Onu da deyim ki, bir Anadolu ziyalısı olan Yunus Əmrə türklüyə xidməti ilə tarixə düşüb. Onun yaşadığı zaman farscanın, ərəbcənin hər yerdə istifadə edildiyi bir vaxtda Yunus Əmrə türkcə şeirlər söylədi və insanları qardaşlığa, sülhə, dostluğa çağırdı. Türkiyə də bu institutu yaradarkən türkcə danışmış, türkcə gözəl əsərlər yaratmış və İslamı əsl mahiyyəti ilə anlamış bu şəxsiyyətin adının həmin instituta verilməsi məqsədəuyğun bilindi”.
Cihan bəyin türklüyə, türkcənin inkişafı və təbliğinə xidmət edən fəaliyyəti bundan sonra da davam edib: “O vaxt Yunus Əmrə İnstitutunun xarici ölkələrdəki mərkəzlərində həyata keçirilən türkcə kursları üçün dərs materialı lazım idi. Bu sahədə təcrübəmin olduğunu nəzərə alan institutun rəhbərliyi 2012-ci ildə xaricdəki türkcə mərkəzlərində tədris ediləcək dərs materialının hazırlanması üçün məni mərkəzə görəvə çağırdı. Beləliklə, 2012-ci ilin iyul ayından etibarən Yunus Əmrə İnstitutunda işləməyə başladım və 2014-cü ilə qədər mərkəzi qərargahda çalışdım. Həmin müddətdə İmtahan Mərkəzini qurdum və onun müdiri oldum. Qrupumuzla birlikdə bu gün dünyada həyata keçirilən Türkcə Yetərlilik Sınavının modelini tərtib etdik, türkcə kurslarında reallaşdırılan A, B, C dərəcəsində tətbiq etdiyimiz imtahanların modellərini formalaşdırdıq. 2014-cü ilin fevral ayında dosent oldum və o sırada da Monteneqronun Podqorisa şəhərində Yunus Əmrə İnstitutunun qurulmasına qərar verildi. Dönəmin başqanı Hayati bəy (prof. dr. Hayati Develi) orada bu institutu qurmağımı xahiş etdi. Beləliklə, oraya getdim və 2017-ci ilin sonuna qədər çalışdım. Sonra isə Bakıya təyinat aldım və 2017-ci ilin dekabrından buradayam”.
Bakı Yunus Əmrə İnstitutunun fəaliyyət proqramı zəngindir
Hazırda Yunus Əmrə İnstitutunun dünyanın 46 ölkəsində 56 şöbəsinin olduğunu deyən C.Özdəmir onlar arasında Bakı Yunus Əmrə İnstitutunun fəaliyyətinin xüsusulə seçildiyini bildirib: “2013-cü ilin yanvarında Bakı Dövlət Universitetinin nəzdində fəaliyyətə başlamışıq və 2016-cı ilə qədər orada olmuşuq. 2016-cı ildən isə indi yerləşdiyimiz binaya köçmüşük. Ötən müddət ərzində Bakı Yunus Əmrə İnstitutu bir çox tədbirlər keçirib. Eyni zamanda 2018-ci ilin yanvarından bu günə kimi 25-ə yaxın tədbirin təşkilatçısı olmuşuq. Məsələn, yanvardan bu günə qədər 5 sərgi təşkil etmişik: Soltan Soltanlının sərgisi, “Tarixdə Osmanlı miniatürləri” (İncəsənət Universitetində), Türk - İslam sənətləri sərgisi (Rəssamlıq Akademiyasında), “Ebru təzhib, çini” sərgisi (Bakı Yunus Əmrə İnstitutunda) və Türkiyə səfirliyi ilə birlikdə AXC-nin və Qafqaz İslam Ordusunun 100 illiyinə həsr olunmuş fotosərgi (İstiqlal muzeyində). İki sinema filminin nümayişini təşkil etmişik və oktyabrda daha birini təşkil edəcəyik. Bu müddət ərzində təşkilatçılığımızla bir neçə konfrans keçirilib. Bunlardan biri “XX əsrdən günümüzə çağdaş türk şeiri” adlanır. Bu, bir ədəbiyyat söhbətləri seriyasıdır və oktyabr-dekabr ayları arasında da davam edəcək. “Türk kültürünün kaynakları” adlı konfrans da hər ay davam edəcək. “Kitab tutan minik əllər” layihəsi çərçivəsində Yunus Əmrə və Xoca Əhməd Yasəviyə həsr olunmuş konfrans təşkil etmişik. Oktyabrda isə Şah İsmayıl Xətai ilə bağlı tədbir təşkil edəcəyik. Bir müddət öncə IX Şəki İpək Yolu Musiqi Festivalına qatıldıq. Türkiyənin dövlət sənətçilərini bura gətirdik. Dekabrda isə “Türkiyədəki Azərbaycan, Azərbaycandakı Türkiyə” adlı bir konsert olacaq. Kitab təqdimatları həyata keçiririk. Bir beynəlxalq simpoziumun təşkilatçılarından biri olduq. Türkcə hazırlıq kurslarının öyrənciləri üçün piknik, Bakı Avrasiya Universiteti ilə “Türk günləri” həftəsi təşkil etdik. Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin qarşısının alınmasının ikinci ildönümünə həsr olunan “Qorxma, sönməz bu şəfəqlərdə üzən al sancaq” adlı tədbir düzənlədik. Ənənəvi əl sənətlərimizlə bağlı kurslarımız var və davam edir. Dediyim kimi, bu günə qədər 25-ə yaxın tədbir keçirmişik və qarşıda da 6 böyük proqram nəzərdə tuturuq. Onu da xüsusi olaraq qeyd edim ki, Bakı Yunus Əmrə İnstitutu öz fəaliyyəti ilə eyni zamanda “Bir millət, iki dövlət” fəlsəfəsinin təbliğinə, Türkiyə-Azərbaycan qardaşlığının daha da inkişafı istiqamətində atılan addımlara dəstək verir”.
Gələcəyin türkoloqları üçün Türkcə Yay Məktəbi
Yeri gəlmişkən, Yunus Əmrə İnstitutunun rəhbərliyinin ənənə halına gətirdiyi bir layihə də var - Türkcə Yay Məktəbi: “Hər il bizim bütün dünyada olan Türkologiya bölümlərində oxuyan, yaxud da türkcə hazırlıq kurslarında oxuyan seçdiyimiz 1000 öyrəncini yay aylarında 1 aylıq Türkiyəyə aparıb Türkcə Yay Məktəbi təşkil edirik. Gələcəyin türkoloqları üçün təşkil edilən bu Türkcə Yay Məktəbi çərçivəsində onlar həm türkcələrini inkişaf etdirir, həm də bölgədəki turistik, mədəni məkanları ziyarət edirlər. Bu il Azərbaycanda da 12 öyrənci seçildi, onlardan 11-i qatıldı. Ayrıca bu il başladılan Sinema Yay Məktəbi layihəsi var ki, oraya da Bakıdan 2 tələbə göndərdik”.
“KİV-lə əlaqələr sizi qane edirmi” sualına gəlincə müsahibim “Sualınıza ümumi olaraq belə cavab verim ki, əgər media mədəniyyət qurumlarının fəaliyyətlərinə diqqət ayırmazsa, o zaman bu fəaliyyətlərdən xalqın xəbəri olmaz. Konkret olaraq Bakı Yunus Əmrə İnstitutuna gəlincə, bu istiqamətdə şikayətçi olsam, haqsızlıq etmiş olaram. Xüsusilə də “Yeni Azərbaycan” qəzetinə təşəkkür edirəm ki, bizim bütün tədbirlərimizdə iştirak edirsiniz, bunun xəbərini verirsiniz. Eyni zamanda, AzTV və TRT Bakı bürosuna minnətdarıq. Özəl TV-lər də zaman-zaman bizə yer verirlər. Amma könül istər ki, Azərbaycanın digər KİV-ləri də bu məsələdə bizə dəstək versin, öz imkanlarımız daxilində təşkil etdiyimiz “bir millət, iki dövlət” fəlsəfəsinə xidmət edən fəaliyyətimiz KİV-in daha çox diqqətində olsun”, - deyə bildirdi.
Sonda qeyd edək ki, C.Özdəmir bir Azərbaycan sevdalısıdır və onun magistr dərəcəsi almaq üçün mövzu olaraq Hüseyn Cavidin yaradıcılığını seçməsi də ölkəmizə sevgidən qaynaqlanır: “Hüseyn Cavidlə bağlı araşdırma apararkən Türkiyədə yetərincə məlumat əldə edə bilmədim. Ona görə də SSRİ-nin sərt qapalı rejiminə baxmayaraq həmin vaxt bəzi gizli yollarla da olsa Hüseyn Cavidlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasından Türkiyəyə kitablar gətirtdim. Onu da deyim ki, biz Universiteti bitirərkən diplom işimin mövzusu isə Süleyman Rüstəm idi. Yəni kommunist S.Rüstəmin də, romantik milliyyətçi H.Cavidin də yaradıcılığı ilə bağlı araşdırma aparmışam. Bütün bunlar mənim Azərbaycana olan sevgimdən, marağımdan irəli gəlirdi. Və çox sevinirəm ki, bu gün məhz uzun illər haqqında düşündüyüm Azərbaycanda fəaliyyət göstərirəm. Düzü, buraya gələndə gözlərimə inanmadım. Burada dünya miqyasında inkişaf edən bir ölkə gördüm. Bakı inkişaf etmiş Avropa şəhərləri ilə müqayisə olunacaq qədər modern şəhərdi. Bu da təbiidir. Çünki həyata keçirilən düşünülmüş siyasət nəticəsində qardaş ölkə Azərbaycan uğurla inkişaf edir. Bu gün həm Azərbaycan, həm də Türkiyə öz inkişafına görə dünyada fərqlənir. Ölkələrimizin inkişafından güc alan Türkiyə-Azərbaycan qardaşlığı isə dünya üçün bir nümunə təşkil edir!”
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
14 May 17:25
İqtisadiyyat
14 May 17:23
İdman
14 May 17:10
Dünya
14 May 17:09
Sosial
14 May 17:07
Sosial
14 May 16:35
Dünya
14 May 16:32
Dünya
14 May 16:14
İqtisadiyyat
14 May 16:10
Sosial
14 May 16:08
Dünya
14 May 15:38
Dünya
14 May 15:31
Sosial
14 May 15:29
Xəbər lenti
14 May 14:39
Dünya
14 May 14:19
Sosial
14 May 13:52
Siyasət
14 May 13:27
Gündəm
14 May 12:59
Sosial
14 May 12:42
Sosial
14 May 12:41
Mədəniyyət
14 May 12:33
Gündəm
14 May 12:26
Sosial
14 May 12:17
Sosial
14 May 12:08
Gündəm
14 May 11:49
YAP xəbərləri
14 May 11:37
Gündəm
14 May 11:31
İqtisadiyyat
14 May 11:20
İqtisadiyyat
14 May 11:19
İdman
14 May 11:18
Gündəm
14 May 11:16
Gündəm
14 May 11:05
Siyasət
14 May 10:52
Dünya
14 May 10:49
Siyasət
14 May 10:48
Siyasət
14 May 10:43
İqtisadiyyat
14 May 10:30
Sosial
14 May 10:28
Analitik
14 May 10:15
Sosial
14 May 09:57
Ədəbiyyat
14 May 09:33
Analitik
14 May 09:14
YAP xəbərləri
14 May 09:00
Müsahibə
14 May 08:50
MEDİA
14 May 08:37
Sosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06

