/ / Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
Baş Prokurorluğun nümayəndə heyəti MDB dövlətləri Baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında iştirak edib
25.09.2018 [09:21]
Sentyabrın 20-də Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) İştirakçı Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 28-ci iclası keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, MDB prokurorluq orqanları əməkdaşlarının iştirak etdikləri tədbirdə ölkəmizi baş prokurorun birinci müavini Rüstəm Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Şuranın iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi istiqamətində aparılmış hərtərəfli və institusional tədbirlər, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorların formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə əlaqədar əldə olunmuş uğurlu nəticələr barədə ətraflı məlumat verərək, Azərbaycan Respublikası Baş Prokurorluğunun daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət mövzusunda çıxış edib.
Tədbirdə “Sərxoş vəziyyətdə nəqliyyat vasitələrinin idarə edilməsinə qarşı mübarizə” (Belarus), “Prokuror nəzarətinin təkmilləşdirilməsində informasiya texnologiyalarının istifadəsi” (Qazaxıstan), “Korrupsiyaya qarşı mübarizə və qarşısının alınması məsələlərində prokurorluq orqanlarının əlaqələndirici rolu” (Qırğızıstan), “2016-2020-ci illər üçün ekstremizm və terrorizmlə mübarizədə milli strategiyanın həyata keçirilməsi praktikası” (Tacikistan) və sair mövzularda çıxışlar dinlənilib, faydalı fikir mübadiləsi aparılıb.
Yekunda Rusiya Federasiyasının baş prokuroru Yuri Çayka növbəti bir il müddətinə yenidən Şuranın sədri seçilib və təşkilatın 2019-cu ildəki iclasının Qırğızıstan Respublikasının paytaxtı Bişkek şəhərində keçirilməsi qərara alınıb.
Tədbir çərçivəsində nümayəndə heyəti Tacikistanın baş prokuroru Yusuf Rahmonla ikitərəfli görüş keçirib. Bu il avqustun 10-da Bakıda imzalanmış “Azərbaycan Respublikasının Baş Prokurorluğu və Tacikistan Respublikasının Baş Prokurorluğu arasında Əməkdaşlıq haqqında Saziş”də göstərilən müddəaların həyata keçirilməsi məqsədilə bu ilin noyabr-dekabr aylarında Tacikistan nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycana səfərə dəvət olunub.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

