/ / Bakıda iordaniyalı tarixçinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabının təqdimatı olub
Bakıda iordaniyalı tarixçinin “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabının təqdimatı olub
29.09.2018 [10:25]
Sentyabrın 28-də İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının təşkilatçılığı ilə “Qafqazda regional təhlükəsizliyə ikili yanaşma və İslam dəyərləri əleyhinə təxribatlara qarşı İslam ölkələri mediası ilə əlaqələrin gücləndirilməsi” mövzusunda “dəyirmi masa” və iordaniyalı tarixçi Ömər Məhəmməd Nəzzal əl-Armutinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən professor Rafiq Əliyev bu gün dünyada beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasından danışıb. O deyib ki, nəhəng güc sahibləri olan bir neçə ölkə beynəlxalq normalara məhəl qoymur və nəticədə, qanlı müharibələr, vətəndaş qarşıdurmaları baş verir. İkili standartlar artıq beynəlxalq münasibətlərdə və hətta beynəlxalq hüquqda bir normaya çevrilməkdədir. Təəssüf ki, bu prosesin yayılmasında kütləvi informasiya vasitələrinin də rolu var. Bəzi KİV-lər yol verilən pozuntulara bəraət qazandırır, ictimaiyyəti yalana, ikili standartlara yeganə düzgün hərəkət kimi baxmağa inandırmağa çalışır. R.Əliyev vurğulayıb ki, bu kimi xoşagəlməz halların qarşısını almaqda İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının üzvləri mühüm rol oynaya bilərlər.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Dövlətlərin Jurnalistlər Assosiasiyasının sədri Fazil Abbasov çıxış edərək bildirib ki, Azərbaycan dünyada İslam həmrəyliyinə mühüm töhfələr verir. Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi və ölkəmizdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi siyasi iradə tələb edirdi. Bu addımı ilə dövlətimizin başçısı İslam xalqlarının bir araya gətirilməsinə mühüm töhfə verdi.
F.Abbasov rəhbərlik etdiyi təşkilatın İslam dəyərlərinin qorunması və təbliği, İslam ölkələrinin jurnalistləri arasında həmrəyliyin təmin edilməsi istiqamətində gördüyü işlərdən danışıb. O bildirib ki, bu gün İslam dəyərlərinə qarşı aparılan çirkin kampaniyanın qarşısının alınmasında İslam ölkələrinin, o cümlədən İslam ölkələri jurnalistlərinin həmrəyliyinə böyük ehtiyac var.
İordaniyanın Azərbaycandakı səfiri Nassar İbrahim Məhəmməd əl-Habaşneh İslam dəyərləri əleyhinə təxribatlara qarşı İslam ölkələri mediası ilə əlaqələrin gücləndirilməsinin önəmli olduğunu söyləyib.
İordaniyalı tarixçi-yazıçı Ömər Məhəmməd Nəzzal əl-Armuti bildirib ki, Azərbaycanın İordaniyadakı səfirliyinin dəstəyi ilə ərəb dilində nəşr edilmiş “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq” kitabının yazılmasında məqsəd ərəb ictimaiyyətinə münaqişə barədə ətraflı məlumat verməkdir. O əlavə edib ki, Dağlıq Qarabağda törədilən faciələr İslam dünyasına qarşı hücumların bir hissəsidir. Bu səbəbdən İslam birliyi daha da möhkəmləndirilməlidir.
“Dəyirmi masa” müzakirələrlə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

