Rektor: Tələbələr tədris prosesi ilə bağlı təşəbbüskar olmalıdır
09.10.2018 [08:46]
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov universitetə yeni qəbul olunan tələbələrlə görüşlər keçirib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, görüşlərin əsas məqsədi birinci kurs tələbələrinə universiteti daha yaxından tanıtmaq, yeniliklər barədə ətraflı məlumat vermək, eyni zamanda, onları narahat edən məsələləri dinləyib, operativ həllinə nail olmaq, birgə fikir mübadiləsi aparmaq olub.
Tələbə adını qazanması münasibəti ilə birinci kursları təbrik edən rektor regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan UNEC-i seçdikləri üçün onlara təşəkkürünü bildirib, təhsillərində uğurlar arzulayıb.
Görüşlərdə ixtisas seçiminin insan həyatının ən önəmli mərhələlərindən biri olduğunu diqqətə çatdıran Ə.Muradov iqtisadçı mütəxəssislərə bütün dövrlərdə ehtiyac duyulduğunu bildirib. Rektor tələbələrə öz peşəsinə mükəmməl yiyələnməklə yanaşı, vətənini və millətini sevən layiqli vətəndaş olmağın önəmini vurğulayıb.
Son illər ən yüksək bal toplayanların UNEC-ə qəbul sayında ciddi irəliləyişin olduğuna diqqət çəkən rektor bu il də ikinci ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayanların 63 faizinin seçiminin məhz UNEC olduğunu bildirib. Təhsil Nazirliyinin strukturuna daxil olan universitetlər arasında isə Prezident təqaüdçülərinin sayına görə UNEC-in birinci yerdə olduğu ilə qürur duyduğunu ifadə edib.
UNEC-də həyata keçirilən yeniliklərdən söz açan rektor bu ildən türk dilində tədrisdə yeni standartların tətbiq olunduğunu və ixtisas sayının artırıldığını bildirib. Ə.Muradov UNEC-də texniki və texnoloji ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdiriləcəyinə diqqət çəkərək, bu istiqamətdə ixtisas sayının artırıla biləcəyini də vurğulayıb. Rektor tələbələri tədris prosesi ilə bağlı təkliflərlə çıxış etməyə və təşəbbüskar olmağa səsləyib.
Görüşdə tələbələrə UNEC-in London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti ilə ikili diplom, həmçinin Avropa, Türkiyə və Rusiyanın nüfuzlu ali təhsil müəssisələri ilə mübadilə proqramlarından bəhs olunub. Keyfiyyətli təhsilin təməlində zəngin kitabxananın dayandığını bildirən Ə.Muradov UNEC-də 7 gün 24 saat fəaliyyət göstərəcək müasir standartlara cavab verən kitabxananın yaxın zamanda tələbələrin istifadəsinə veriləcəyini qeyd edib. Asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə xüsusi istedadı olan tələbələrə UNEC-in Yaradıcılıq Mərkəzinin dərnəklərinə üzv olmağı və Radio UNEC-in imkanlarından istifadə etməyi tövsiyə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, təklifləri dinlənilib.
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

