“Əlillik qüsur deyil” kitab-albomunun təqdimatı olub
04.12.2018 [10:32]
Dekabrın 3-də Beynəlxalq Əlillər Günü münasibətilə Azərbaycan Dövlət Musiqili Teatrının foyesində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəşr edilən “Əlillik qüsur deyil” kitab-albomunun və əlilliyi olan şəxslərin əl işlərindən ibarət hədiyyələrin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
“Əlillik qüsur deyil” kitab-albomunda Ümummilli lider Heydər Əliyevin fiziki məhdudiyyətli insanlara, onların sosial müdafiəsi və reabilitasiyasına diqqət və qayğısından, əlilliyi olan şəxslərin sosial təminatı, reabilitasiyası və cəmiyyətə inteqrasiyası sahəsində Prezident İlham Əliyevin tapşırığına əsasən atılan addımlardan, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə həyata keçirilən nəcib və xoşməramlı layihələrdən bəhs olunur. Nəşrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın sosial xidmət müəssisələrinin sakinlərinə qayğısı, onlarla keçirdiyi görüşlər də əksini tapıb.
Kitab-albomda incəsənətin müxtəlif növləri ilə məşğul olan fiziki məhdudiyyətli 60-a yaxın şəxs barədə məlumatlar və onların yaradıcılıq nümunələri də yer alıb. Nəşrə, həmçinin Azərbaycanda yeni yaradılmış Boccia İdman Federasiyası və bu idman növünə maraq göstərən fiziki məhdudiyyətli insanlar, onların uğurları, ilk inklüziv ƏSA teatrı, onun yaradıcı heyəti, hazırladıqları tamaşalar barədə məlumatlar daxil edilib. 278 səhifəlik kitab-albomdakı mətnlər həm Azərbaycan, həm də ingilis dilində təqdim olunur.
“Əlillik qüsur deyil” kitab-albomu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki sosial müəssisələrin sakinlərinin yaradıcı fəaliyyətini, onların yaradıcılıq nümunələrini əks etdirən ilk belə nəşrdir. Gələcəkdə bu kitab-albom əsasında əlilliyi olan yaradıcı şəxslərin elektron reyestrinin, eləcə də onlar üçün əl işlərinin satışı portalının yaradılması nəzərdə tutulur.
Tədbir ƏSA Teatrının aktyorlarının ifasında təqdim edilən Moris Metterlinkin “Göy quş” tamaşa-premyerasına baxışla davam edib. 18 aktyorun rol aldığı tamaşada XX əsrin əvvəllərində Belçikada kasıb bir ailənin iki uşağının xoşbəxtlik rəmzi olan Göy quşun axtarışına çıxmasından bəhs edilir. Sonda uşaqlar, onların valideynləri əsl xoşbəxtliyi kənarda deyil, öz evində, öz yurdunda axtarmağın lazım olduğunu anlayırlar. Ümumilikdə, tamaşa nikbinliyi, özünəinam hissini təşviq edir.
Qeyd edək ki, 2016-cı ildə aktyor-rejissor Nihad Qulamzadə tərəfindən yaradılan ƏSA Teatrının aktyor heyəti əsasən əlilliyi olan şəxslərdən ibarətdir. Teatr yarandığı gündən Azərbaycan və dünya ədəbiyyatının şedevr əsərlərini uğurla səhnələşdirir.
Xəbər lenti
Hamısına baxSosial
17 May 18:42
Siyasət
17 May 18:37
Dünya
17 May 18:17
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Gündəm
17 May 17:35
Dünya
17 May 17:31
Gündəm
17 May 16:52
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23

