Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / GİZ-in jurnalistlər üçün təşkil etdiyi növbəti Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, həmçinin Azərbaycanda İnzibati hüquq mövzusuna həsr olunub

GİZ-in jurnalistlər üçün təşkil etdiyi növbəti Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, həmçinin Azərbaycanda İnzibati hüquq mövzusuna həsr olunub

14.12.2018 [17:14]

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramı çərçivəsində 8-9 dekabr tarixində Şabran rayonunda jurnalistlər üçün növbəti seminar-təlim keçirilib. Ölkəmizin aparıcı KİV-lərinin təmsilçilərinin qatıldıqları budəfəki seminar-təlim Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, həmçinin Azərbaycanda İnzibati hüquq mövzusuna həsr olunub.
İki gün davam edən seminarın açılış mərasimində çıxış edən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin əməkdaşı Şakir Səfərbəyov "Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşma" regional proqramının məqsəd və vəzifələri, həmçinin bu proqram çərçivəsində təşkil edilən seminarların əhəmiyyəti barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, təmsil etdiyi təşkilat seminarların mövzularını müəyyən edərkən jurnalistlərin də fikirlərini nəzərə alır: "Elə növbəti seminarın Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, həmçinin Azərbaycanda İnzibati hüquq mövzusuna həsr olunması təklifi də ötən seminarlar zamanı KİV təmsilçilərindən gəlib. Gələcəkdə də media nümayəndələrini maraqlandıran mövzularda təlim-seminarlar davam etdiriləcək". 
Sonra seminarın məruzəçisi Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov media mənsublarına Şəhərsalma və Tikinti Məcəlləsinin tətbiqi məsələləri, həmçinin Azərbaycanda İnzibati hüquq mövzusunda təlim keçib. Seminar-təlimdə Şəhərsalma və Tikinti Məcəlləsinin məqsədi, təyinatı, əsas anlayışları, tikinti fəaliyyəti və onun subyektləri, tikinti obyektlərinə və tikinti materiallarına dair tələblər, tikintiyə icazə üzrə icraat, tikintiyə dövlət nəzarəti, inzibati hüququn əsasları, inzibati icraatın gedişatı, inzibati orqanın yardım vəzifəsi və sair istiqamətdə qarşılıqlı fikir mübadiləsi aparılıb, media mənsublarını maraqlandıran suallar ətraflı cavablandırılıb. 
NADİR

Paylaş:
Baxılıb: 737 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31