Qazaxıstan tələbələri Bilik Fondunun qonağı olublar
11.01.2019 [14:29]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun fəaliyyət istiqamətlərindən biri də dünya elmini ölkəmizdə, Azərbaycan elmini dünyada tanıtmaqla yanaşı, “Azərbaycan əcnəbilərin gözü ilə” layihəsi çərçivəsində xarici ölkə gənclərini xalqımızın tarixi və mədəniyyəti, dövlətimizin iqtisadi və elmi nailiyyətləri barədə məlumatlandırmaqla azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi dəyərlərimizi təbliğ etməkdən ibarətdir.
Yanvarın 11-də Qlobal Karyera İnstitutunun dəvəti ilə Qazaxıstan Respublikasının Almatı Menecment Universitetinin ölkəmizdə səfərdə olan bir qrup tələbəsi Bilik Fondunun qonağı olublar. İnstitutun direktoru Orxan Həsənoğlu Qazaxıstan universitetinin nümayəndə heyətini təqdim etdikdən, tələbələrin ölkəmizə səfərinin məqsədləri, nəzərdə tutulmuş tədbirlər barədə məlumat verdikdən sonra qonaqlar Bilik Fondunun fəaliyyəti ilə tanış olublar.
Fonddan AZƏRTAC-a bildirilib ki, icraçı direktor Oktay Səmədov rəhbərlik etdiyi qurumun yaranma tarixi, struktur bölmələri, maarifləndirmə proqramları üzrə həyata keçirdiyi layihələr, bölgələrdə fəaliyyət göstərən Bilik evlərində yerli gənclərin cəlb olunduğu təlim kursları, dərnək və klublar, Fondun beynəlxalq əlaqələri barədə söhbət açıb.
Almatı Menecment Universitetinin Qonaqpərvərlik Mərkəzi fakültəsində təhsil alan və ölkəmizə ilk dəfə gələn qazaxıstanlı gənclərə Azərbaycanın iqtisadi həyatı, turizm sahəsində uğurları, müvafiq ixtisaslar üzrə kadr hazırlığı istiqamətində nailiyyətləri barədə ətraflı məlumat verilib, onlara səfər başa çatdıqdan sonra ölkəmizlə bağlı təəssüratlarını yeni dostları ilə bölüşmək məqsədilə “Azərbaycanla ilk tanışlığım” mövzusunda esse müsabiqəsinə qatılmaq təklif olunub.
Nümayəndə heyətinin rəhbəri Dilmurad Sabirov Bilik Fondunun rəhbərliyinə və əməkdaşlarına maraqlı və məzmunlu görüşə görə minnətdarlığını bildirib, Almatı Menecment Universitetinin Bilik Fondu ilə gələcək əməkdaşlığının faydalı olacağına əminliyini söyləyib.
Qazaxıstanlı tələbələrin Fond əməkdaşları ilə dialoq şəklində baş tutmuş görüşündə hər iki ölkədə turizm və menecment ixtisasları üzrə təhsil alan, gələcəkdə orta və kiçik sahibkarlığın inkişafında imzası ola biləcək gənclər arasında işgüzar əlaqələrin yaranması, dostluq münasibətlərinin möhkəmlənməsi istiqamətində birgə tədbirlərin keçirilməsi, tələbə elmi konfransları və seminarlarının təşkili, ümumilikdə isə tələbələr arasında “bilik körpüsü”nün yaradılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara Bilik Fondunun kitab hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

