Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir
01.07.2021 [09:36]
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin dəvəti ilə dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının icraçı direktoru xanım Yanne Holst Hübner və Assosiasiyanın üzvü - Danimarka Krallığının Hərbi Prokurorluğunun prokuroru Klaus Risbserq ölkəmizə işgüzar səfərə gəliblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyunun 29-da keçirilmiş görüşdə Azərbaycanın Baş prokuroru, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyev qonaqlara Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq son dövrlərdə prokurorluq orqanlarında həyata keçirilmiş islahatlar, struktur və kadr dəyişiklikləri barədə ətraflı məlumat verməklə gənc hüquqşünasların işə qəbul edilməsinin və onların peşəkar kimi təkmilləşdirilməsinin prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb.
Söhbət zamanı Baş prokuror Ermənistanın işğalı altındakı torpaqlarımızın uzun illərdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edilərək, ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini, işğal zamanı tamamilə dağıdılmış ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyat şəraitinin təmin edilməsi məqsədilə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldığını vurğulayıb.
Görüşdə cinayətkarlıqla mübarizədə dünya prokurorlarının səylərinin birləşdirilməsində Assosiasiyanın mühüm rolu qeyd olunaraq, ölkəmizin bu təşkilatla uzun illərdir sıx və uğurlu əməkdaşlığından məmnuniyyət ifadə edilib.
Nümayəndə heyəti səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlıq ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirib, təşkilatın milli prokurorluq orqanlarımızla əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını bildirib.
Söhbət zamanı Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağına 2024-cü ildə ölkəmizin ev sahibliyi etməsi haqqında qərarın qəbul olunması Azərbaycan Prokurorluğunun bu quruma verdiyi töhfələrin nəticəsi kimi qiymətləndirilməklə, həmin tədbirlə əlaqədar bir sıra təşkilati məsələlər müzakirə edilib.
Bundan sonra nümayəndə heyəti Baş Prokurorluğun 2021-ci ilin fevralında istifadəyə verilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş yeni inzibati binada yaradılmış şəraitlə tanış olub.
Eyni zamanda, 44 günlük Vətən müharibəsinə həsr olunmuş muzeyi də ziyarət edən qonaqlar Assosiasiyaya yeni qəbul olunmuş gənc prokurorluq əməkdaşları ilə görüşüb və onların təşkilati və əməkdaşlıq məsələləri ilə bağlı suallarını cavablandırıblar.
Həmçinin Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində də olan nümayəndə heyəti struktur qurumun fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.
Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

