Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Birlikdə yaşadaq” tədbiri çərçivəsində keçirilən sərgi zamanı 100-ə yaxın sənət əsəri nümayiş olunub

“Birlikdə yaşadaq” tədbiri çərçivəsində keçirilən sərgi zamanı 100-ə yaxın sənət əsəri nümayiş olunub

05.08.2021 [20:00]

Avqustun 5-də Şəki regional “ASAN xidmət” mərkəzində “Birlikdə yaşadaq” tədbiri təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzdə könüllülər və əməkdaşlar tərəfindən müxtəlif materiallardan, kağız və tullantılardan, taxta, sulu və yağlı boyadan, toxunma iplərdən hazırlanmış incəsənət nümunələri, həmçinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinin sənətkarları tərəfindən könüllü olaraq dəstək məqsədilə təqdim edilmiş əl işlərinin sərgisi və satışı reallaşdırılıb.

Tədbirdə “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov, Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, millət vəkili Vüqar İskəndərov, müxtəlif idarə və müəssisələrin rəhbər şəxsləri, sahibkarlar və digər qonaqlar iştirak ediblər.

Sərgidə müxtəlif mövzularda 100-ə yaxın sənət əsəri nümayiş olunub. Tədbirin əsas məqsədi sərgi-satışdan toplanmış məbləği “YAŞAT” Fonduna ianə etməklə şəhid ailələrinə və qazilərə dəstək olmaqdır.

Xatırladaq ki, “YAŞAT” Fondu Prezident İlham Əliyevin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Paylaş:
Baxılıb: 611 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31