Milli televiziya və radio günüdür...
06.11.2022 [10:34]
Nicat PAŞA
“Danışır Bakı!” - 1926-cı ilin noyabr ayında paytaxt küçələrində və meydanlarında qurulmuş reproduktorlardan eşidilən səs... Ölkəmizdə ilk dəfə radio verilişlərinin yayıma başlaması da məhz bu tarixi hadisə ilə birbaşa bağlıdır. Elə bu tarixdən radio insanların dostuna, sirdaşına, yol yoldaşına - bir sözlə, həyat yoldaşına çevrildi.
Radionun fəaliyyətə başlaması ölkəmizim media tarixində həm də tele-radionun yaranması kimi qəbul olunur. 6 noyabr Azərbaycanda Radio və Televiziya işçilərinin peşə bayramı günüdür. Olduqca əlamətdar olan bu tarixi hadisənin - ölkəmizdə ilk dəfə radio verilişlərinin yayıma başlanılmasının 96-cı ili tamam olur. Radio və televiziyanın fəaliyyətə başlamasının maraqlı bir tarixçəsi var. “Danışır Bakı!” səsinə yalnız Bakıda deyil, paytaxtın ətraf yaşayış məntəqələrində də vətəndaşların qulaq asmaları üçün imkanlar yaradılmışdı. Həmin illər üçün bu, xalqın həyatında çox böyük bir yenilik hesab olunurdu. Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olub. 1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilib.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi peşəkar diktorlar ölkəmizin radio məkanına öz zəngin töhfələrini veriblər.
Bakı Televiziya Mərkəzinin tikintisinə isə 1953-cü ildə başlanılıb. 3 il sonra isə Bakıda televiziya yayımı üçün polad bloklardan yığılmış ilk 180 metrlik qüllə qurulub. 1956-cı il fevralın
14-də Azərbaycan Televiziyası fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb. Respublikada yayımlanan verilişlərin sayını artırmaq üçün yeni Teleqüllənin tikintisinə isə 1981-ci ildə start verilib. 1996-cı ildə Teleqüllə istismara verilib. 2008-ci ildə isə Teleqüllə kompleksində əsaslı yenidənqurma işləri həyata keçirilməyə başlanılıb.
Görülən tədbirlər nəticəsində kompleks ən qabaqcıl rabitə avadanlıqları ilə təchiz olunub. Ümumi hündürlüyü 310 metr, çəkisi 40 min ton olan Teleqüllə dəniz səviyyəsindən 136 metr hündürlükdə yerləşir. Kompleksin beton hissəsi 200 metr, metal hissəsi isə 110 metrdir. Qüllənin üzərində milli ornamentli 4 şəbəkə yerləşir ki, bunların hər biri bir qütbə istiqamətlənib.
Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun yaranma günü kimi qeyd olunmağa başlayıb. Bakı Televiziya Studiyası ilk dəfə 1956-cı il fevralın
14-də efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına “Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada “Bəxtiyar” bədii filmi nümayiş etdirilib.
Hazırda Azərbaycanda ümumrespublika, regional, kabel, internet və peyk televiziyaları, habelə ümumrespublika və regional radiolar fəaliyyət göstərir.
Ölkəmizdə radio və televiziya sahəsinin inkişafı hər zaman dövlətin diqqət mərkəzində saxlanılmaqdadır. Bu sahədə inkişafın təmin edilməsi istiqamətində hər zaman lazımi tədbirlər görülməkdədir. “Media haqqında” Qanuna əsasən hazırda audiovizual media sahəsini tənzimləyən orqan Azərbaycan Respublikası Audiovizual Şurasıdır.
Teleradio milli mədəniyyətimizin ən yaxşı nümunələrini üzə çıxarır, xalqımızı dünyaya təqdim etməklə yanaşı, dünya ölkələrinin ən gözəl mədəniyyət, incəsənət, elm, təhsil, mənəviyyat nümunələrini yerli tamaşaçılara çatdıraraq onların intellektual səviyyəsinin, zövqünün zənginləşməsi prosesində iştirak edir.
Bu əlamətdar gün münasibətilə radio və televiziya sahəsində fəaliyyət göstərən həmkarlarımızı təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzu edirik!
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

