Taksi xidmətində hansı yeniliklər gözlənilir?
27.05.2023 [10:29]
Mübariz ABDULLAYEV
Ucuz ətin şorbası olmaz, deyiblər. Bu gün paytaxt Bakıda və respublikanın əksər iri şəhərlərində əhaliyə təklif olunan taksi xidmətlərinin qiymətləri aşağıdır. Ancaq sektorda müşahidə edilənlərə əsasən demək mümkündür ki, aşağı qiymətlər vətəndaş məmnunluğunu təmin etmək üçün kifayət deyil. Müştərilərin razı qalması üçün qiymətlərlə yanaşı, xidmətin səviyyəsi də çox önəmlidir. Etiraf etməliyik ki, hamımızın üz tutduğumuz taksi xidmətinin keyfiyyət göstəriciləri çox aşağıdır ki, bu da haqqlı narazılıqlara yol açır.
Sərnişinlər nədən şikayətlənirlər?
Bu gün taksi xidmətində tam bir özbaşınalıq hökm sürür, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Kimin şəxsi minik avtomobili varsa, tənbəllik etmədən insanlara taksi xidməti təklif edir. Beləmi olmalıdır? Əsla! Taksi xidməti ilk baxışda göründüyü qədər sadə və adi bir fəaliyyət növü deyil. Ortada insanlarla təmas olduğuna görə bu xidmət növü xüsusi həssas yanaşma tələb edir. Sürücülər məsuliyyətlərini bütün miqyası ilə dərk etməli və öz müştərilərini rahat xidmət göstərməklə, nəzakətli davranmaqla məmnun etməlidirlər. Təəssüf ki, əksər hallarda bunun şahidi olmuruq. Hazırda paytaxtımızda çoxlarımızın üz tutduğu taksi xidməti seqmentində ayrı-ayrı şirkətlər və operatorlar, eləcə də şəxsi avtomobili ilə taksi xidməti göstərənlər fəaliyyət göstərirlər. Bununla belə, bu sahədə rəqabət olduğunu söyləmək mümkün deyil. Bütün hallarda vətəndaşlara təklif olunan xidmətlər narazılıqlara yol açır. Seqment üzrə tez-tez rast gəlinən və müştəri məmnunluğuna mənfi təsir göstərən bəzi məqamlara diqqət çəkək:
-Sürücülərin kobudluğu və bir sıra hallarda adi etik davranış qaydalarının çərçivələrini aşmaları. Taksi sürücüləri xalqımızın milli-mənəvi dəyərlərini, özlərinin yüksək əxlaqını nümayiş etdirməlidirlər. Xüsusilə də indi paytaxtımıza xarici ölkələrdən çoxlu sayda turistlər gəlirlər və onlar taksi xidmətlərindən bəhrələnirlər. Aşağı səviyyəli taksi xidməti şəhərimizin qonaqlarında hansı təəssüratları oyadır? Əksəriyyət təsdiqləyər ki, sualın cavabı məyusedici olacaq.
-Nağdsız ödəmələrdən imtina hazırda taksi xidmətində tez-tez rast gəlinən digər bir problemdir. Məlum olduğu kimi, son vaxtlarda ölkəmizdə nağdsız ödənişlər müxtılif vasitələrlə təşviq olunur. Bunun nəticəsi olaraq da respublika üzrə nağdsız ödənişlərin əhatə dairəsi getdikcə genişlənir. Ancaq bu yenilik havası hələ də taksi xidmətinə çatmayıb. Sürücülər müştərilərindən xidmət haqqı olaraq nağd ötənişlər tələb edirlər ki, bu da paytaxtımızın müasir siması ilə bir araya sığmır.
-Bu gün taksi seqmentində çoxlu sayda köhnə və istismara yararsız vəziyyətə düşmüş nəqliyyat vasitəlıərinin olduğu fikrini qətiyyətlə ifadə edə bilərik. Yenə də şəhərimizin müasir simasına uyğun gəlməyən bir mənzərə məyusluq doğurur. Belə avtomobillərin istismarı həm də təhlükəsizlik nöqteyi-nəzərindən yolverilməzdir.
-Taksi xidmətində istifadə olunan avtomobillərin sürücülərinin tibbi yoxlamalardan keçməmələri də həyəcan təbili çalmağa əsas verir. Hətta zökəmli sürücülərin belə sükan arxasına keçib paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına xidmət göstərmələri hallarına da tez-tez rast gəlinir. Beləliklə də, müştərilərin də təhlükəli xəstəliklərə yoluxmalarına münbit zəmin yaranır.
Biz taksi seqmentində çox tez-tez rast gəlinən bəzi neqativ halların üzərinə işıq saldıq. Əlbəttə, neqativ halların siyahısı çox uzundur. Bütün bunlar isə taksi xidməti üzrə islahatların aparılmasını, bu sahədə qayda-qanun yaradılmasını zəruri edir.
Pandemiya qadağaları səbəb sayıla bilərmi?
Taksi seqmenti üzrə hüquqi bazanın yoxluğu fikrini söyləmək doğru olmazdı. Müəyyən normativlər işlənib. 2019-cu ildə Nazirlər Kabineti tərəfindən taksi fəaliyyəti ilə bağlı müvafiq sənəd qəbul olunub. Bu sənəddə nümunəvi taksi fəaliyyətinin göstərilməsini hədəfləyən bir sıra qaydalar müəyyənləşdirilib. “Bakı şəhərində sərnişindaşımada istifadə olunan avtobuslara və taksi minik avtomobillərinə, onların sürücülərinə, sərnişindaşıma fəaliyyətini həyata keçirən daşıyıcılara, nəqliyyat mübadilə mərkəzlərinə, avtobuslar üçün dayanacaq məntəqələrinə və taksi minik avtomobilləri üçün duracaq yerlərinə dair Tələblər”in təsdiq edilməsi haqqında qərarın 3-cü bəndi taksi fəaliyyətinə həsr edilib.
Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobillərinə dair tələblərə görə, taksilər onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı, "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Taksi minik avtomobilləri qismində müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun mühərriklə və ya elektrik mühərriki ilə təchiz edilmiş minik avtomobilləri istifadə oluna bilər. İkiqapılı fərdi konstruksiya əsasında hazırlanan, habelə əllə idarə olunan əlilliyi olan şəxs üçün avtonəqliyyat vasitələrinin taksi minik avtomobilləri kimi istismarına yol verilmir. Taksi minik avtomobilləri "ABS" əyləc sistemi, salonu normal işıqlandırma sistemi, tam hava tənzimləyicisi , sürücü və bütün sərnişinlər üçün təhlükəsizlik kəməri ilə təchiz edilməlidir. Taksi minik avtomobilləri onların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu ilə təchiz edilməlidir.
Qərarda bir sıra digər normativlər də nəzərdə tutulub. Ancaq həmin normativlərin əksəriyyətinin tətbiqinə indiyədək nail olunmayıb. Burada qərar qəbul olunandan az sonra başlayan pandemiya da öz mənfi rolunu oynayıb. Pandemiya dövründə bir sıra digər sahələrdə olduğu kimi, taksi xidmətində də müəyyən məhdudiyyətlər tətbiq olundu ki, bu da normativlərin tətbiqini təxirə salmaq məcburiyyəti yaratdı.
Vahid taksi xidməti yox, vahid standartlar dövrü gəlir
“Vahid taksi xidmətinin yaradılması ilə bağlı məsələ gündəmdə deyil". Bu fikri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov ifadə edib. O vurğulayıb ki, taksi xidmətinin yalnız vahid standartlar əsasında tənzimlənməsi nəzərdə tutulur. Taksi seqmentində bir şirkətin olmasının planlaşdırılmadığını deyən nazir müavini əlavə edib: “Lakin vahid standartlar, vahid tələblər əsasında taksi xidmətinin qurulması vacibdir. Bütün şirkətlər üçün vahid norma və standartlar olmalıdır. Məqsədimiz budur ki, bügünkü gündə bu fəaliyyətlə məşğul olanlar icazə sistemində qeydiyyatdan keçmədən fəaliyyət göstərməsinlər”.
Yeri gəlmişkən, taksi seqmentindəki mövcud vəziyyət bu günlərdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüşdə də müzakirə edilib. Görüşdə bildirilib ki, ölkə ərazisində sərnişindaşıma sisteminin təşkilini təkmilləşdirmək məqsədilə taksi xidməti kompleks şəkildə tədqiq olunub. Belə ki, daha səmərəli idarəetmə sistemi yaratmaqla taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi imkanları araşdırılıb.
Görüş iştirakçılarına taksi fəaliyyətini tənzimləyən və taksi minik avtomobillərinə dair tələbləri müəyyən edən Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli Qərarından irəli gələn məsələlər ətraflı izah olunub. Qeyd edilib ki, sərnişindaşımanı yerinə yetirən taksi nəqliyyat vasitələri milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata və ekoloji standartlara uyğun olmalıdır. Tələblərə əsasən daşımalarda istifadə edilən taksi minik avtomobilləri müvafiq rəngdə olmalı, nəqliyyat vasitəsinin salonunda sürücü və daşınma tarifi haqqında məlumat lövhələri yerləşdirilməlidir. Taksi minik avtomobillərinin sürücüləri etik davranış qaydalarına və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Taksi fəaliyyətinə cəlb oluna biləcək şirkət və nəqliyyat vasitəsinə qarşı tələblər izah edilərkən bildirilib ki, sərnişin daşımaları müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər. İcazə “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən, taksi minik avtomobilləri üçün “Fərqlənmə nişanı” alınmalıdır. “Fərqlənmə nişanı”nı almaq üçün onlayn qaydada “e-fn.ayna.gov.az” ünvanına, həmçinin Bakı, Yevlax və Xaçmaz KOB evlərində AYNA-nın xidmət mərkəzlərinə müraciət etmək mümkündür.
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

