İçimizdəki uşağın axtarışında...
01.06.2023 [10:29]
Onları kimdən qoruyuruq?
Günel ABBAS
Hər dəfə yazıya başlamazdan əvvəl kiçik də olsa, araşdırma aparır, özümə açar sözü tapmağa çalışıram. Bu dəfə “hər insanın içində bir uşaq var, amma hər uşağın içində böyük insan yoxdur” ifadəsi mənə yazım üçün çox yaxşı stimul verdi. Yeri gəlmişkən, hər dəfə bu mənbəni tapanda elə mən də uşaq kimi sevinirəm. Əslində, düşünəndə “uşaq kimi sevinmək” ifadəsinin özündə də böyük bir anlam var. Deməli, sevinməyin ən yaxşı dərəcəsinin, mərtəbəsinin uşaqlarda olduğunu biz də bilirik...
Yazımı uşaqlarla bağlamağım təsadüfi deyil. Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günüdür. Bəli, biz bu gün uşaqları sevindirməklə yanaşı, həm də simvolik olaraq onları qoruyuruq. Qoruyuruq, amma kimdən, yaxud nədən? Uşağı digər həmyaşıdlarından qorumadığımız məlumdur. Çox yox, bir az dərinə gedəndə görürük ki, biz uşaqları elə özümüzdən qoruyuruq. Bəli, biz böyüklər onlar üçün xüsusi bir gün təşkil edib, onları bəzi böyüklərin uşaqların kövrək qəlblərini incidən əməllərindən qoruyuruq.
Hər şey içimizdəki uşaqdan başlayır, onu qoruyub saxlaya bilsəydik, gələcəkdə uşaqlara qarşı rəftarda o tərəfimizdзən istifadə edib həyatı asanlaşdırar, gözəlləşdirərdik. Bəli, hər kəsin içində bir uşaq var. Əgər belə olmasaydı, ata-anamız, babalarımız, nənələrimiz, yeni doğulmuş körpələrlə, 4-5 yaşlı uşaqlarla, həmyaşıd kimi oynayıb, əzizləməzdilər. Uşaqlarla oynayan böyüklərimizin üzündəki işıltını yəqin ki, görmüsünüz. Onların üzlərində xoşbəxtlik izlərini, cizgilərini görməmək mümkün deyil. Deməli, hələ bir ümid var...
Məlumdur ki, yeni doğulmuş körpə dərhal ağlamağa başlayır. Sonra susur, yatır. Bir az böyüyür, iməkləməyə başlayır. 1 yaşına çatanda yeriməyə başlayır. Hamı sevinir. Bir az böyüyür, qaçmağa başlayır. 4-5 yaşı tamam olanda yerə-göyə sığmayan çılğın, şirin bir uşağa çevrilir. Öz aləmində dağlar, düzənliklər, dərələr, çaylar və s. çox şeydən kənara çıxmağa cəhd edir. O, yorğunluğun nə olduğunu bilmir. Oyundan da doymur. Sonra da görürük ki, məktəb yaşı gəlir. Evdə hay-küy, şirin təlaş başlayır: “Qələmi çantana qoymusan?” “Ay, dəftərini unutma!” ifadələri səslənməyə başlayır. Uşaq məktəb macərasına belə başlayır. Hərdən eşidirik ki, dünən doğulan uşaq indi məktəbə gedir. Əslində, realdır, çünki zaman sürətlə uçur. Və günlərin birində görürük ki, dünənki körpə böyüyüb bir gəncə çevrilib. İndi onu yeni həyat gözləyir. Kişidirsə, əsgərliyə gedəcək. Qızdırsa, ya işə başlayacaq, ya da evdar qadın olacaq. Sonra kişinin hərbi xidməti başa çatır və o, tərxis olunur. Dünən doğulan o körpə bu gün hərbi xidmətini başa vurub, artıq iş həyatına addım atıb. Bir az daha vaxt keçir. O uşaqlar gəlin və bəy olacaqlar. Bir zaman sonra nənə və baba kimi öz övladlarının, nəvələrinin böyüməsini izləyəcəklər. Bu həmişə belədir. İnsan doğulur, böyüyür və ölür. Amma həmişə yerini uşaqlara, içindəki məsum varlığa güzəştə gedir...
Əgər siz hələ də içinizdəki uşağa çata bilmirsinizsə, uşaqla-uşaq ola bilmirsinizsə, o uşağa əl uzatmalısınız. Bundan sonra ətrafınız, ailəniz, yaxınlarınız və ən əsası siz xoşbəxt olacaqsınız. Əgər onu çıxarmağa cəhd etməsəniz, elə oradaca öldürsəniz, gələcəyimizi məhv etmiş olacaqsınız. Çünki hər şey uşaqlıqdan başlayır. Bəzən də hələ kiçik yaşlarımızda öldürürlər içimizdəki o uşağı, biz bilmədən, hiss etmədən. Və bizi başqalarını incitməyə məcbur edirlər. Bəzilərinin içində ölən uşaqlar dünənin Xocalı soyqırımında uşaqları şişə çəkənlərdir, ölən uşaqlar bu gün Ukraynada körpələri məhvə sürükləyən əllərdir...
Arada öz içinizdəki uşağın əlindən tutub gəzməyə çıxarın, onu öldürməyin, öldürməyin ki, bütün dünyadakı uşaqlar azad və firəvan yaşasın. Onu öldürməyin ki, sabah öz uşaqlarınızı özünüzdən qorumaq ehtiyacı duymayasınız...
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

