İsti havaların vazkeçilməzi...
06.06.2023 [11:20]
Keyfiyyətli dondurmanı necə seçməliyik?
İsti havalarda dondurmanı, demək olar ki, böyükdən kiçiyə sevməyən yoxdur. Sərinləşdirici içkilərə nə qədər çox ehtiyac duyulursa, dondurmaya da o qədər tələbat var. Marketlərdə müxtəlif şirkətlərin istehsalı olan dondurmaya rast gəlmək olar. Dondurmalara tələbatın artması ilə yanaşı, istehlak bazarında mövcud problemlər də gündəmə gəlir. Qaçılmaz olan belə problemlərdən biri də sərinləşdirici içkilər və dondurma bazarında aktuallığını saxlayır. Bu gün bazarlarımıza yol açan dondurmaların keyfiyyəti yəqin ki, hamını maraqlandırır.
Ölkəmizdə yerli istehsalla yanaşı, Türkiyə və Rusiyadan gətirilən dondurmalar da satılır. Onların qiyməti isə müxtəlifdir. Ən ucuz dondurma 50 qəpik, ən bahalısı isə 45 manatadır.
Araşdırmalara görə, dondurma insanın əhvalını yaxşılaşdırır, stressi azaldır. Təbii ki, bütün bunlar yalnız keyfiyyətli məhsula aiddir. Saxta, ucuz, tərkibində palma yağı, kimyəvi qatqılar və s. ziyanlı maddələr olan dondurma sağlamlığa yalnız ziyan vura bilər. Keyfiyyətli dondurmanı necə seçmək olar?
Acı dadı varsa...
Sualımızı cavablandıran Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, dondurmalar süd məhsulu olaraq təhlükəli məhsullar sırasına daxildir. Onun sözlərinə görə, isti aylarda ən çox gəlir gətirən sahələrdən biri də dondurma ticarətidir: “Dondurma tez həzm olunan süd məhsuludur. Bütün dondurmaların istehsalında kərə yağından istifadə edilir. Bəzi hallarda kakos yağından da istifadə edilə bilər. Dondurmanın dadında acılıq hiss olunursa, yaxud boğazda acılıq yaranırsa, bu, o deməkdir ki, hazırlanarkən ya vaxtı keçmiş, ya da turşumuş kərə yağından istifadə edilib. Yaxud da bitki yağı ilə hazırlanıb. Bu, yararsız dondurma hesab edilir. Hazırda ölkədə 27-dən artıq dondurma istehsalçısı var ki, onlardan bəziləri kiçik sexlərdir”.
Maksimum 10 ay...
Birlik sədrinin sözlərinə görə, dondurma maksimum 10 ay müddətinə istifadə edilməlidir: “Bu gün ölkəyə xaricdən dondurmalar gətirilir ki, 1 ilə qədər yararlıq müddəti var. Belə hallar süd məhsulu üçün arzuolunan deyil. Xaricdən gətirilən dondurmalar daha təhlükəli hesab edilir. Çünki onlar daşınma zamanı müəyyən temperatur riskinə məruz qalırlar”.
1500 manat cərimə
E.Hüseynov qeyd edib ki, əgər dondurma əvvəl istiyə məruz qalıb, sonra yenidən dondurulursa, satışı qadağan olunmalıdır: “Belə məhsul satan şəbəkəni minimum 1500 manat cərimə gözləyir. Vətəndaşları bu cür şübhəli vəziyyətlər zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qaynar xəttinə məlumat verməyə çağırıram”.
Bu dondurmalardan uzaq durun!
AİİB sədri vurğulayıb ki, açıq şəkildə satılan dondurmalardan mümkün qədər uzaq durmaq lazımdır. Çünki adətən vaxtı keçmiş dondurmalar açıq şəkildə satılır və onun istehsal tarixi haqqında məlumat əldə etmək mümkün olmur: “Hətta bəzi sexlər var idi ki, yanvar ayından dondurma istehsalına başlayıb, qablaşdırmanın üzərində aprel ayını qeyd edərək satışa veriblər”.
Qab əzilibsə...
E.Hüseynov bildirib ki, bir çox dondurma istehsal edən müəssisələr əhalinin xarici dondurmaya üstünlük verdiyini nəzərə alaraq xarici dondurmaların qablaşdırmasını imitasiya edərək yerli dondurmanı həmin qabda qablaşdıraraq satışa təqdim edirlər: “Bununla paralel satışda kifayət qədər köhnə dondurmalar var. Alarkən qablaşdırmaya fikri vermək lazımdır. Əgər qab əzilibsə, dondurma formasını itiribsə, bu, dondurmanın temperatur dəyişikliyinə məruz qaldığını göstərir. Vətəndaşların sağlamlığı öz əllərindədir. Dondurma alarkən onun hansı şəraitdə saxlanıldığına, məhsulda qeyd etdiyimiz keyfiyyətsizlik əlamətlərinin müşahidə edilib-edilmədiyinə fikir verməlidirlər”.
Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçə bilmir. Düzgün olmayan və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı qida məhsulundan təhlükəli məhsula çevrilə bilir. Bu baxımdan, yuxarıda qeyd etdiyimiz məqamlara diqqət etməkdə fayda var.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

